Şimali Kiprdə koronavirusdan ilk ölüm qeydə alınıb

Şimali Kiprdə koronavirusdan ilk ölüm qeydə alınıb
  • Clock-gray 13:42
  • calendar-gray 28 Mart 2020

Şimali Kipr Türk Cümhuriyyətində yeni koronavirusdan (COVİD-19) ilk ölüm qeydə alınıb.

APA-nın "Hürriyyət"ə istinadən verdiyi xəbərə görə, Levkoşa Dövlət xəstəxanasında müalicə alan 67 yaşlı alman turist virusdan ölüb.

Ölənin xroniki ağciyər və təzyiq xəstəliyinin olduğu bildirilib.

Əsmər Qabil

Digər xəbərlər