Şotlandiyada qatarın relsdən çıxması nəticəsində ölənlərin sayı artıb - YENİLƏNİB

Şotlandiyada qatarın relsdən çıxması nəticəsində ölənlərin sayı artıb - YENİLƏNİB
  • Clock-gray 20:09
  • calendar-gray 12 Avqust 2020

Şotlandiyada sərnişin qatarının relsdən çıxması nəticəsində ölənlərin sayı artıb.

APA-nın Britaniya bürosunun verdiyi xəbərə görə, hadisə Şotlandiyanın şimal-şərqində, Aberdinşir bölgəsində qeydə alınıb.

Aberdindən Qlazqoya yola düşən sərnişin qatarının relsdən çıxması nəticəsində üç nəfər ölüb, 6 nəfər yaralanıb. Britaniya nəqliyyat polisi ölənlərin şəxsiyyətlərinin hələ müəyyənləşdirilmədiyini, ancaq qatar sürücüsünün də böyük ehtimalla ölənlər arasında olduğuna inandıqlarını qeyd edib. 

Şotlandiyanın Baş Naziri “Twitter”də faciəvi hadisə nəticəsində ölənlərin yaxınlarına dərin hüznlə başsağlığı verdiyini bildirib. 

Hadisənin başvermə səbəbi açıqlanmayıb.

***

Saat 16:21

Şotlandiyada sərnişin qatarı relsdən çıxıb.

APA-nın Britaniya bürosunun verdiyi xəbərə görə, hadisə Şotlandiyanın şimal-şərqində, Aberdinşir bölgəsində qeydə alınıb.

İlkin məlumata görə, bir nəfər ölüb.

Şotlandiyanın Baş Naziri “Twitter”də hadisə nəticəsində xəsarət alanların olduğunu bildirib.

Hadisə yerinə təcili tibbi yardım maşınları və tibbi helikopterlər cəlb olunub.

Hadisənin başvermə səbəbi və yaralananların sayı açıqlanmayıb.

Aytən Abbaslı

Digər xəbərlər