Tramp Səudiyyə şahzadəsi ilə neft ixracından danışıb

Tramp Səudiyyə şahzadəsi ilə neft ixracından danışıb
  • Clock-gray 20:21
  • calendar-gray 02 Aprel 2020

ABŞ Prezidenti Donald Tramp Səudiyyə Ərəbistanının vəliəhdi ilə neft ixracının azaldılmasını müzakirə edib.

APA-nın xəbərinə görə, bu barədə Donald Tramp "Tvitter" hesabında bildirib.

"İndicə dostum, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi ilə telefonda danışdım, o da Rusiya Prezidenti Vladimir Putinlə danışıb. Mən gözləyirəm və ümid edirəm ki, onlar neft ixracını təqribən 10 milyon barel azaldacaqlar və bu rəqəm daha sonra daha da artacaq. Bu addım neft və qaz sənayesi üçün çox səmərəli olacaq. Bu rəqəm 15 milyon barelə qədər yüksələ bilər. Bu hər kəs üçün böyük bir xəbərdir", - ABŞ Prezidenti qeyd edib.

Zümrüd Paşkin

Digər xəbərlər