Türkiyə XİN: Misir və Yunanıstan arasında imzalanan saziş Türkiyə üçün etibarsızdır

Türkiyə XİN: Misir və Yunanıstan arasında imzalanan saziş Türkiyə üçün etibarsızdır
  • Clock-gray 20:19
  • calendar-gray 06 Avqust 2020

Türkiyə dəniz sərhədlərinin demarkasiyası və istisna iqtisadi zonanın yaradılması ilə bağlı Misir və Yunanıstan arasında imzalanan sazişi tanımır.

APA xəbər verir ki, bu barədə Türkiyə Respublikasının Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda deyilir.

“Yunanıstan və Misir arasında dəniz sərhədi yoxdur. Bu gün dəniz sərhədlərinin demarkasiyası haqqında imzalanan qondarma saziş bizim üçün etibarsızdır. Razılaşmada nəzərdə tutulan ərazi, BMT-yə də məlumat verildiyi kimi, Türkiyənin qitə şelfində yerləşir. 2003-cü ildə Cənubi Kipr Rum Rəhbərliyi ilə (Kipr Respublikası) imzaladığı sazişlə 11 500 kv/km ərazidən imtina edən Misir bu gün Yunanıstanla imzalanan bu qondarma razılaşma ilə dəniz yurisdiksiyasını da itirir. Bu razılaşma ilə Liviyanın hüquqlarının da işğal olunmasına çalışılır. Türkiyənin bölgədəki hər hansı bir fəaliyyətə icazə verməyəcəyi və Şərqi Aralıq dənizində ölkəmizin və Kipr türklərinin qanuni hüquq və mənafelərinin qəti şəkildə müdafiəsini davam etdirəcəyi şübhəsizdir”, - deyə Türkiyə XİN-in yaydığı sənəddə bildirilir.

 

apa-logo-mini

Digər xəbərlər