Türkiyə ordusunun iki hərbçisi Hakkaridə şəhid olub

Türkiyə ordusunun iki hərbçisi Hakkaridə şəhid olub
  • Clock-gray 01:16
  • calendar-gray 31 May 2020

Türkiyənin Hakkari vilayətində iki türk hərbçisi şəhid olub, biri isə yaralanıb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilib ki, Hakkarinin Çukurca bölgəsində kəşfiyyat-nəzarət əməliyyatı həyata keçirən Türkiyə ordusunun hərbçilərinə edilən terror hücumu nəticəsində belə bir hadisə baş verib.

Terror aktını törədən terrorçuların qaçdığı istiqamət Türkiyə tərəfdən davamlı atəşə tutulub, hərbi əməliyyatlar davam edir.

Sevil Ünal Hilalqızı

Digər xəbərlər