Türkiyədə “Bataqlıq” əməliyyatında daha 34 şübhəli saxlanıb

Türkiyədə “Bataqlıq” əməliyyatında daha 34 şübhəli saxlanıb
  • Clock-gray 12:35
  • calendar-gray 05 İyul 2020

Türkiyədə narkotik maddələrin dövriyyəsi əleyhinə keçirilən mübarizə tədbirləri ilə əlaqədar “Bataqlıq  əməliyyatı” çərçivəsində  daha 34 şübhəli saxlanıb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, Türkiyənin Daxili İşlər Naziri Süleyman Soylu “Bataqlıq  əməliyyatı”nı Türkiyə Cümhuriyyəti tarixində narkotik maddələrin dövriyyəsi əleyhinə keçirilən mübarizə tədbirlərinin ən böyük cinayət axtarış əməliyyatı adlandırılaraq Hollandiya, Belçika, İtaliya, İngiltərə, İspaniya, Braziliya, Ekvador və Peru olmaqla 9 ölkənin 30 iyundan eyni anda bu prosesə başladığını elan edib.

Sevil Ünal Hilalqızı

Digər xəbərlər