Türkiyədə bağlanan məscidlər 74 gün sonra açılıb

Türkiyədə bağlanan məscidlər 74 gün sonra açılıb
  • Clock-gray 14:26
  • calendar-gray 29 May 2020

Türkiyədə yeni növ koronavirusla (COVID-19) mübarizə tədbirləri çərçivəsində bağlanan məscidlər 74 gün sonra açılıb. 

APA-nın yerli bürosunun xəbərinə görə, bu gündən başlayaraq Türkiyənin Diyanət İşləri Müdürlüyü 81 vilayətin şəhər və rayonlarında qılınacaq cümə namazlarının siyahısını açıqlayıb.

Qaydalara görə, 16 martdan fəaliyyəti dayandırılan ibadət evləri tədricən fəaliyyətə başlayacaq. Hazırda 264 məsciddə ibadətlərin icra olunması müəyyənləşdirilib. Qaydalara görə, cümə namazları açıq havada qılınmaqla, möminlərin məscidlərdə yox, evlərində dəstəmaz alaraq gəlmələri, özləri ilə şəccadə (namazlıq) gətirmələri, namaz qılarkən sosial məsafəni qorumaları və maska geyilməsi tələbləri ilə icra olunur. Tələblərdə məscidlərin öncədən dezinfeksiya olunması, düzgün havalandırılması və ibadətə gələnlərin əllərinin dezinfeksiya edilməsi, gigiyenik tələblərə əməl etməsi şərtləri də var.

Sevil Ünal Hilalqızı

Digər xəbərlər