Türkiyədə koronavirus şübhəsi ilə əlaqədar 12 nəfər xəstəxanaya yerləşdirilib

Türkiyədə koronavirus şübhəsi ilə əlaqədar 12 nəfər xəstəxanaya yerləşdirilib
  • Clock-gray 20:46
  • calendar-gray 27 Yanvar 2020

Türkiyənin Aksaray vilayətinin Sultanhanı rayonunda doqquzu Çin, üçü Türkiyə vətəndaşı olmaqla 12 nəfər koronavirusa yoluxma şübhəsi ilə xəstəxanaya yerləşdirilib.

APA-nın yerli bürosunun xəbərinə görə, öncə Sultanhanı rayonundakı Duz Gölü təbii qaz anbarında işləyən iki Çin vətəndaşı başgicəllənmə, ürəkbulanma və qusmadan şikayət edib. Araşdırma zamanı məlum olub ki, 5 gün öncə Çindən Aksaraya, həmin 2 nəfər də daxil, 9 nəfər gəlib.

Aksaray Səhiyyə İdarəsi eyni şikayətləri olan 3 Türkiyə vətəndaşı ilə birgə 12 nəfəri nəzarətə götürüb. Onlardan üçü Aksaray Təhsil və Araşdırma Xəstəxanasında karantinə alınıb.

Sevil Ünal Hilalqızı

Digər xəbərlər

Arxiv

date