Türkiyədə koronavirusdan daha 30 nəfər ölüb

Türkiyədə koronavirusdan daha 30 nəfər ölüb
  • Clock-gray 21:29
  • calendar-gray 28 May 2020

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) bu gün daha 30 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Səhiyyə naziri Fəxrəddin Qoca "Twitter" səhifəsində paylaşıb.

Nazir qeyd edib ki, son 24 saatda 33 559 şübhəli koronavirus testindən keçib, onlardan 1182-nin cavabı pozitiv çıxıb.

Türkiyədə yeni növ koronavirusdan indiyədək 4461 nəfər ölüb, 160 979 nəfər bu infeksiyaya yoluxub, 124 369 nəfəri isə müalicə olunub. Bu gün daha 1576  xəstə evə buraxılıb.

Sevil Ünal Hilalqızı

Digər xəbərlər