Ukraynada son sutkada 3833 nəfər koronavirusa yoluxub

Ukraynada son sutkada 3833 nəfər koronavirusa yoluxub
  • Clock-gray 11:09
  • calendar-gray 26 Sentyabr 2020

Ukraynada son sutkada 3833 koronavirusa yeni yoluxma qeydə alınıb.

APA-nın "Ukrinform"a istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Milli Təhlükəsizlik və Müdafiə Şurası məlumat yayıb.

Qeyd olunur ki, son sutkada 76 nəfər koronavirusdan vəfat edib. Bununla da Ukraynada indiyə qədər koronavirusdan ölənlərin sayı 3903 nəfərə çatıb.

Qeyd edək ki, Ukraynada indiyə qədər 195504 nəfər koronavirusa yoluxub, 86873 nəfər xəstəlikdən sağalıb.

Zümrüd Paşkin

Digər xəbərlər