Vatikan Papa və ən yaxın köməkçisində koronavirusun olmadığını açıqlayıb

Vatikan Papa və ən yaxın köməkçisində koronavirusun olmadığını açıqlayıb
  • Clock-gray 07:16
  • calendar-gray 29 Mart 2020

Vatikan nümayəndəsi Matteo Bruni şənbə günü Papa Fransiskin yaşadığı iqamətgahda koronavirusa qarşı test nümunələrinin götürüldüyünü bildirib. 

APA-nın Reuters-ə istinadən verdiyi xəbərə görə, qeyd edilib ki, aparılan sınaqlar zamanı 83 yaşlı Papada və ən yaxın köməkçisində koronavirusun əlamətləri aşkarlanmayıb. 

Bruninin sözlərinə görə, Vatikanda 170 nəfər üzərində analoji testlər aparılıb: “Ümumilikdə altı nəfərdə testin cavabı müsbət olub. Nə məndə, nə Müqəddəs Atada, nə də ən yaxın köməkçisində yeni virusun olmadığını təsdiqləyə bilərəm”.

 

Rəşad Sarıyev

Digər xəbərlər

Arxiv

date