ABŞ Polşadakı hərbi kontingentini on dəfə artıracaq

ABŞ Polşadakı hərbi kontingentini on dəfə artıracaq
  • Clock-gray 16:26
  • calendar-gray 19 Noyabr 2019

ABŞ Polşadakı hərbi kontingentinin sayını artıracaq.

APA-nın RİA Novosti-yə isinadən verdiyi xəbərə görə, bu barədə Polşanın baş naziri Mateuş Moravetski Seymdə çıxışı zamanı deyib.

"Prezident Andrzej Duda və Milli Müdafiə Nazirinin səyləri sayəsində ən güclü müttəfiqimiz olan ABŞ Polşadakı hərbi kontingentini on dəfədən çox artırmaq qərarına gəlib", - deyə baş nazir bildirib. 

Bu ilin yayında rəsmi Varşava və Vaşinqton arasında hərbi əməkdaşlıq sahəsində birgə razılaşma imzalanıb. Razılaşmaya əsasən, hazırkı 4 500 nəfərlik ABŞ hərbi kontingentin daha 1000 nəfər artırılması qeyd olunub və həmçinin Polşanın Poznan şəhəri hərbi qüvvələr üçün qərargah seçilib.

Zümrüd Paşkin

Digər xəbərlər

Arxiv

date