Əfqanıstanda 5 Gürcüstan hərbçisi yaralanıb

Əfqanıstanda 5 Gürcüstan hərbçisi yaralanıb
  • Clock-gray 11:17
  • calendar-gray 11 Dekabr 2019

Əfqanıstanın Baqram hərbi bazasına hücum nəticəsində 5 Gürcüstan hərbçisi yaralanıb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan Müdafiə Nazirliyi məlumat yayıb.

Yaralı hərbçilərin vəziyyətinin qənaətbəxş olduğu bildirilib.

 

Xəsarət alan hərbi qulluqçular Gürcüstan Silahlı Qüvvələrinin 12-ci batalyonunun əsgərləri olub.

Qeyd edək ki, Gürcüstan Silahlı Qüvvələrinin 12-ci batalyonu NATO-nun “Qətiyyətli Dəstək” missiyası çərçivəsində Baqram hərbi bazasında cari ilin noyabrından sülhməramlı xidmət həyata keçirir.

 

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date