Gürcüstan parlamentinin vitse-spikeri yeni fraksiya yaradacaq

Gürcüstan parlamentinin vitse-spikeri yeni fraksiya yaradacaq
  • Clock-gray 11:31
  • calendar-gray 15 Noyabr 2019

Gürcüstan parlamentinin vitse-spikeri Tamar Çuqoşvili yeni fraksiya yaradacağını bəyan edib.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə açıqlama verən T.Çuqoşvuli bildirib ki, ötən gün parlamentdə çoxluq təşkil edən “Gürcü arzusu” partiyasından istefa verən deputatların sayı yeni fraksiya yaratmağa imkan verir.

Qeyd edək ki, ötən gün Gürcüstan parlamentində keçirilən səsvermədə proporsional seçki sisteminə keçidlə bağlı konstitusiya düzəlişi qəbul edilməyib. Bundan sonra hakim partiyanı vitse-spiker Tamar Çuqoşvili də daxil olmaqla 9 millət vəkili tərk edib. 

 

Səid Babazadə

Digər xəbərlər

Arxiv

date