London polisi insan alveri ilə məşğul olan 17 nəfəri həbs edib

London polisi insan alveri ilə məşğul olan 17 nəfəri həbs edib
  • Clock-gray 08:13
  • calendar-gray 15 Noyabr 2019

Londonda insan alverinə qarşı aparılan əməliyyat tədbirləri nəticəsində on yeddi nəfər həbs edilib.

APA "TASS" agentliyinə istinadən xəbər verir ki, Rumıniya zabitlərinin köməyi ilə Londonun şərqində aparılan əməliyyat zamanı 29 qadın xilas edilib. Həbs olunanlardan 14-ü kişi, 3-ü isə qadındır.

Polis mərkəzindən verilən məlumata görə, birgə təşkil olunmuş əməliyyat tədbirinin əsas məqsədi mütəşəkkil cinayətkar şəbəkəni məhv etmək olub.

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date