Ərdoğan Tramp və Putinlə münasibətlərindən danışıb

Ərdoğan Tramp və Putinlə münasibətlərindən danışıb
  • Clock-gray 16:57
  • calendar-gray 10 Dekabr 2019

“Elə liderlər var ki, gizli dünyaları mövcuddur. ABŞ Prezidenti, dostum Donald Tramp mənə qarşı açıqfikirlidir. Mən də onunla bağlı fikirlərimi çox açıq və konkret söyləyirəm”. 

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada tələbələrlə görüşdə deyib.

O, Rusiya Prezidenti Vladimir Putinin də belə lider olduğunu diqqətə çatdırıb: “Onun fəaliyyətini örnək hesab edirəm. Təkbətək görüşlərimizdə səmimi söhbət edirik”.

Türkiyə Prezidenti özünə örnək saydığı liderlərin də adını sadalayıb. O, Məhəmməd peyğəmbər, Həzrəti Ömər və digər tarixi şəxsiyyətlərin, İtaliyanın sabiq Baş Naziri Silvio Berluskoninin adlarını çəkib.

Sevil Ünal Hilalqızı

Digər xəbərlər