Ərdoğan və Tramp telefonla koronavirusla mübarizə tədbirlərini müzakirə ediblər

Ərdoğan və Tramp telefonla koronavirusla mübarizə tədbirlərini müzakirə ediblər
  • Clock-gray 19:11
  • calendar-gray 31 Mart 2020

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Donald Trampla telefonla danışıb.

APA-nın yerli bürosunun Türkiyə mətbuatına istinadla xəbərinə görə, telefon söhbətində  ikitərəfli əlaqələr, regional məsələlərlə yanaşı koronavirus pandemiyası ilə bağlı müzakirələr aparılıb.

Prezidentlər bildiriblər ki, pandemiya ilə mübarizə yalnız beynəlxalq həmrəylik nəticəsində mümkün ola bilər. Liderlər həmçinin pandemiyanın müxtəlif təsirlərinin nəzarətə alınması üçün ən yaxşı tədbirlərin və təcrübələrin tətbiq olunmasını da müzakirə ediblər.

Sevil Ünal Hilalqızı

Digər xəbərlər

Arxiv

date