Serbiya polisi ölkədə 5 mln. avroluq narkotik vasitə ələ keçirib

Serbiya polisi ölkədə 5 mln. avroluq narkotik vasitə ələ keçirib
  • Clock-gray 04:57
  • calendar-gray 15 Noyabr 2019

Serbiya hüquq-mühafizə orqanları xüsusi əməliyyat nəticəsində narkotiklərin yayılması ilə məşğul olan cinayətkar qrupu yaxalayıb.

APA “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə daxili işlər naziri Neboyşa Stefanoviç məlumat verib.

Onun sözlərinə görə, “qara bazar”da dəyəri 5 milyon avro olan 77 kiloqram heroin ələ keçirilib.

“Polis əməkdaşları 77 kq təmiz heroin götürüb və ölkədə qadağan olunmuş maddələrin yayılmasında şübhəli bilinən üç nəfərdən ibarət cinayətkar qrupu ələ keçiriblər”, - deyə nazirliyin mətbuat xidməti nazirdən sitat gətirib.

Narkotik maddələrin Türkiyə ərazisindən gətirildiyi, sonra isə Serbiyada paylandığı qeyd olunur.

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date