Tbilisidə aksiyanı dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edilib, 18 nəfər saxlanılıb - YENİLƏNİB-2

Tbilisidə aksiyanı dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edilib, 18 nəfər saxlanılıb - YENİLƏNİB-2
  • Clock-gray 19:10
  • calendar-gray 18 Noyabr 2019

Tbilisidə parlament binasının ətrafında etiraz aksiyasının dağıdılması zamanı 18 nəfər saxlanılıb. 

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumatda etirazçıların dağıdılması istiqamətində polisin xüsusi təyinatlılarının əməliyyatı davam etdirdiyi bildirilib.  

Qeyd edək ki, hazırda Rustaveli prospektində avtomobillərin hərəkəti bərpa edilib.
 

***

18.56

Xüsusi təyinatlı dəstə Tbilisidə parlament binasının ətrafından aksiya iştirakçılarını dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib.

APA-nın məlumatına görə, Gürcüstanın "Rustavi-2" telekanalının yaydığı xəbərdə bildirilir ki, xüsusi təyinatlılar etirazçı kütlənin içinə bir neçə dəfə qaz buraxıblar. Aksiyanın dağıdılmasında, əsasən, su şırnaqlarından istifadə olunur.

Ayrı-ayrı yerlərdə mitinq iştirakçıları ilə təhlükəsizlik qüvvələri arasında toqquşmalar baş verir.  

Xüsusi təyinatlılar artıq nümayişçiləri parlament binasının ehtiyat girişindən sıxışdıra biliblər.  

Aksiyanın dağıdılması davam edir. Nümayişçilər müqavimət göstərirlər.

***

17.08

Tbilisidə polis parlament binası qarşısında keçirilən etiraz aksiyasına müdaxilə edib. 

APA-nın yerli bürosunun verdiyi məlumata görə, təhlükəsizlik qüvvələri ilk olaraq parlamentin arxa girişini etirazçılardan təmizləyib. 

Hazırda Rustaveli prospektində aksiyanın dağıdılması davam etdirilir. 

Aksiya iştirakçıları ilə polis arasında qarşıdurma yaranıb. Buna baxmayaraq polis aksiya iştirakçılarının quraşdırdığı çadırları dağıdıb və parlamentin iki girişi etirazçılardan təmizlənib. 

***

Saat 16:19

Tbilisidə Gürcüstanın hökumət administrasiyasının, eləcə də etirazlar aksiyalarının keçirildiyi parlament binasının yaxınlığında yerləşən Çitadze küçəsinə xüsusi təyinatlı polis dəstələri cəmlənib.

APA-nın yerli bürosu xəbər verir ki, polislər zirehli geyim və qalxanla təchiz edilib.

Gürcüstanın İctimai Televiziyasının yaydığı məlumata görə, Daxili İşlər Nazirliyi parlament binasının ətrafından dağılmaları üçün etirazçılara 30 dəqiqə vaxt verib.

Qeyd edək ki, Gürcüstan Daxili İşlər Nazirliyi etiraz aksiyasının artıq qanunsuz hal aldığını bildirib və etirazçıları parlamentin işinə mane olmamağa çağırıb. Qurumun bəyanatında parlamentin bloklanmasının davam edəcəyi təqdirdə polisin qanunla müəyyən edilmiş səlahiyyətləri çərçivəsində adekvat reaksiya veriləcəyi qeyd edilib.

Səid Babazadə

Digər xəbərlər

Arxiv

date