Türkiyə ilə Gürcüstan sadələşdirilmiş gömrük xətti yaradacaq

Türkiyə ilə Gürcüstan sadələşdirilmiş gömrük xətti yaradacaq
  • Clock-gray 16:14
  • calendar-gray 19 Noyabr 2019

Türkiyə ilə Gürcüstan arasında sadələşdirilmiş gömrük xətti yaradılacaq.

APA-nın Gürcüstan bürosu xəbər verir ki, bu barədə razılıq Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri Natia Trunava ilə Türkiyənin Ticarət naziri Ruhsar Pekcan arasında əldə edilib.

“Hörmətli nazirə sadələşdirilmiş gömrük xətti üzərində işləmək təklif etdim və o, bu təklifi qəbul etdi. Məqsədimiz iki ölkə arasında nəqliyyat sahəsində yaşanan gecikmələr səbəbi ilə vaxt və pul itkisini azaltmaqdır. Azad ticarət müqaviləsinin əhatə dairəsinin genişləndirilməsi və xidmət sektorunun da daxil edilməsi istiqamətində işləri qarşılıqlı şəkildə davam etdirəcəyik”, - deyə türkiyəli nazir bildirib.

Qeyd edək ki, nazirlərin görüşü Ankarada Gürcüstan-Türkiyə Birgə İqtisadi Komissiyanın iclası çərçivəsində baş tutub. Komissiyanın iclası 2005-ci ildən sonra ilk dəfə keçirilib.

Səid Babazadə

Digər xəbərlər

Arxiv

date