Azərbaycan Ordusunda silah və hərbi texnika yay istismar rejiminə keçirilir - VİDEO

Azərbaycan Ordusunda silah və hərbi texnika yay istismar rejiminə keçirilir - VİDEO
  • Clock-gray 11:41
  • calendar-gray 21 Aprel 2020

Azərbaycan Ordusunun bütün hərbi hissə və bölmələrində 2020-ci ilin döyüş hazırlığı planına əsasən silah, döyüş və xüsusi texnika yay mövsümündə istismar rejiminə keçirilir.

Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, döyüş və xüsusi texnikanın yanacaq-sürtkü materialları hərbi hissələrdəki texniki xidmət məntəqələrində dəyişdirilir və onlara planlı şəkildə mövsümi qulluq göstərilir.

Silah, döyüş və xüsusi texnikanın yay mövsümündə istismar rejiminə keçirilmənin məqsədi hərbi hissələrin döyüş qabiliyyətinin artırılması, eləcə də döyüşə hazırlığın yüksək səviyyədə saxlanılmasını təmin etməkdir.

Səlcuq Elçin

Digər xəbərlər