Bakıda NATO-nun Avropadakı Ali Komandanı və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi arasında görüş keçirilib

Bakıda NATO-nun Avropadakı Ali Komandanı və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi arasında görüş keçirilib
  • Clock-gray 18:39
  • calendar-gray 06 Fevral 2020

Bakıda Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi-Müdafiə nazirinin birinci müavini ordu generalı Valeri Gerasimov və NATO Müttəfiq Qüvvələrinin Avropadakı Ali Komandanı Tod Volters arasında görüş keçirilib.

Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-nın Moskva müxbirinə verilən məlumata görə, görüşdə böhranlı regionlardakı vəziyyət və strateji sabitlik barəsində fikir mübadiləsi aparılıb.

Bundan başqa, tərəflər arasında hərbi fəaliyyət zamanı baş verə biləcək insidentlərin hərbçilərin xətti ilə qarşısının alınması üçün addımlar müzakirə olunub. 

Fərid Əkbərov

Digər xəbərlər

Arxiv

date