Hava Hücumundan Müdafiə bölmələrinin məşqləri keçirilir

Hava Hücumundan Müdafiə bölmələrinin məşqləri keçirilir
  • Clock-gray 11:50
  • calendar-gray 30 Aprel 2020

Müdafiə nazirinin təsdiq etdiyi 2020-ci il üçün döyüş hazırlığı planına əsasən ümumqoşun poliqonunda Hava Hücumundan Müdafiə (HHM) bölmələrinin məşqləri keçirilir.

APA-nın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, məşqlərin keçirilməsində əsas məqsəd bölmələrin şəxsi heyətinin zenit-raket komplekslərinin (ZRK) idarə edilməsi vərdişlərinin təkmilləşdirilməsidir.

Məşqlərdə döyüş heyətləri “İldırım” ZRK-nin start mövqeyinə çıxarılması və döyüş tətbiqinə hazırlanması üzrə normativləri icra edirlər.

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date