Hərbi qulluqçulara ali hərbi rütbələr verilib

Hərbi qulluqçulara ali hərbi rütbələr verilib
  • Clock-gray 13:18
  • calendar-gray 25 İyun 2020

Prezident İlham Əliyev Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.

APA xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aşağıdakı hərbi qulluqçularına ali hərbi rütbələr verilib:

“general-polkovnik” hərbi rütbəsi

general-leytenant Kərəm Nəriman oğlu Mustafayevə

“general-mayor” hərbi rütbəsi

polkovnik Nizami Ağoğlan oğlu Məmmədova

polkovnik Ramil Əlimran oğlu Əsgərova

“kontr-admiral” hərbi rütbəsi

1-ci dərəcəli kapitan Sübhan Kamal oğlu Bəkirova.

apa-logo-mini

Digər xəbərlər