Motoatıcı bölmələrdə atəş hazırlığı üzrə məşğələlər keçirilir - VİDEO

Motoatıcı bölmələrdə atəş hazırlığı üzrə məşğələlər keçirilir - VİDEO
  • Clock-gray 12:38
  • calendar-gray 09 Aprel 2020

Müdafiə nazirinin təsdiq etdiyi 2020-ci il üçün döyüş hazırlığı planına uyğun olaraq müxtəlif poliqonlarda və müasir avadanlıqla təchiz edilmiş təlim sahələrində atəş hazırlığı üzrə məşğələlər keçirilir.

Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, hərbi qulluqçular silahların taktiki-texniki xüsusiyyətlərini bilmələri barədə məqbullar verir, onların sökülüb-yığılması üzrə normativləri yerinə yetirir, eləcə də silahla hərəkət bacarıqlarını təkmilləşdirir.

Müxtəlif kateqoriyalardan olan hərbi qulluqçular müvafiq normativlərə uyğun olaraq praktiki təlim atəş çalışmalarını icra edir.

Səlcuq Elçin

Digər xəbərlər