Mühəndis-istehkam bölmələri ilə taktiki-xüsusi məşqlər keçirilir - VİDEO

Mühəndis-istehkam bölmələri ilə taktiki-xüsusi məşqlər keçirilir  - VİDEO
  • Clock-gray 12:37
  • calendar-gray 15 Aprel 2020

Müdafiə nazirinin təsdiq etdiyi 2020-ci il üçün döyüş hazırlığı planına uyğun olaraq Mühəndis Qoşunlarının hissə və bölmələri ilə taktiki-xüsusi məşqlər başlayıb.

APA Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, xüsusi olaraq hazırlanmış mühəndis şəhərciyində qoşunlara mühəndis təminatı tapşırıqlarının yerinə yetirilməsi üzrə şəxsi heyətlə məşqlər keçirilir.

Çətin relyefli ərazidə şərti düşmənin hazırladığı mühəndis maneələrindən piyada və döyüş texnikası üçün keçidlər açılır, kolon yolları hazırlanır, su maneələri üzərində körpülər və bərələr qurulur.

Bundan əlavə, hərbi mühəndislər ərazinin kəşfini aparır, tabel və əlaltı vasitələrdən istifadə etməklə partlayan və partlamayan mühəndis maneələri qurur, eləcə də fortifikasiya qurğularını hazırlayır.

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date