Naxçıvan Qarnizonu Qoşunlarında komanda-qərargah məşqi keçirilib

Naxçıvan Qarnizonu Qoşunlarında komanda-qərargah məşqi keçirilib
  • Clock-gray 20:48
  • calendar-gray 29 May 2020

Naxçıvan Qarnizonu Qoşunlarının 2020-ci tədris ilinə uzlaşma planı”na əsasən birləşmə və hissə qərargahlarının cəlb edilməsi ilə müdafiə əməliyyatına hazırlığın təkmilləşdirilməsi üzrə komanda-qərargah məşqi keçirilib.

APA-nın məlumatına görə, Naxçıvan bürosuna bildirilib ki, növbəti birgə komanda-qərargah məşqində əsas diqqət qoşunların qısa zamanda döyüşə hazır olmasının təmin edilməsi üzrə tapşırıqların icrasına yönəldilib.

Naxçıvan Muxtar Respublikasının coğrafi mövqeyi və resursları nəzərə alınmaqla birləşmə və hissələrin komplektləşdirilməsinin yeni bir modeli üzərində tapşırıqlar dəqiqləşdirilib.

Komanda-qərargah məşqində komandir və qərargahların yaranmış əməliyyat şəraitində qərarqəbuletmə vərdişləri təkmilləşdirilib.

apa-logo-mini

Digər xəbərlər