Rusiya hərbi gəmiləri Bakı limanını tərk edib - VİDEO

Rusiya hərbi gəmiləri Bakı limanını tərk edib - VİDEO
  • Clock-gray 20:00
  • calendar-gray 04 Sentyabr 2020

Rusiya hərbi gəmiləri Bakı limanından yola salınıb.

Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, Azərbaycanın Xəzər dənizindəki ərazi sularında “Beynəlxalq Ordu Oyunları-2020” yarışları çərçivəsində keçirilən “Dəniz kuboku” müsabiqəsində iştirak etmək üçün ölkəmizdə olan Rusiya Hərbi Dəniz Donanmasının (HDD) Xəzər flotiliyasının “Mahaçkala” və “Astraxan” kiçik artilleriya gəmiləri, “SB-738” xilasedici yedək gəmisi sentyabrın 4-də Bakı limanını tərk edib.

apa-logo-mini

Digər xəbərlər