Tabor komandirlərinin toplantısı keçirilir

Tabor komandirlərinin toplantısı keçirilir
  • Clock-gray 11:53
  • calendar-gray 13 Yanvar 2020

Müdafiə nazirinin təsdiq etdiyi 2020-ci il üçün döyüş hazırlığı planına uyğun olaraq tabor, divizion komandirləri və onların müavinləri ilə təlim-metodiki toplantı keçirilir.

Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, toplantıda zabitlərin bilik və praktiki vərdişləri qiymətləndirilir, həmçinin müasir ümumqoşun döyüşünün aparılması üzrə nəzəri bilikləri yoxlanılır.

Şəxsi heyət rəhbər sənədləri bilmələri üzrə test, atəş, taktiki-xüsusi və fiziki hazırlıq, eləcə də döyüş maşınlarının idarə olunması üzrə məqbullar verir.

Əcəmi Əsədulla

Digər xəbərlər

Arxiv

date