Xanlar Vəliyev: "Ötən il Silahlı Qüvvələrdə qeydə alınan cinayətlərin 99,5 faizi açılıb"

Xanlar Vəliyev:  "Ötən il Silahlı Qüvvələrdə qeydə alınan cinayətlərin 99,5 faizi açılıb"
  • Clock-gray 13:56
  • calendar-gray 31 Yanvar 2020

"2018-ci illə müqayisədə 2019-cu ildə qeydə alınmış fərarilik cinayətləri 28,6% azalıb".

APA-nın məlumatına görə, bunu Respublika Hərbi Prokurorluğunda ilin yekunlarında dair keçirilən kollegiya iclasında Hərbi prokuror Xanlar Vəliyev bildirib.

O qeyd edib ki, 2018-ci illə müqayisədə 2019-cu ildə Silahlı Qüvvələrdə qeydə alınmış hakimiyyətdən sui-istifadə etmə cinayətləri 15,5 % azalıb: " 2019-cu ildə qeydə alınmış xuliqanlıq cinayətləri isə 14,3% azalıb". 

Hərbi prokuror bildirib ki, ötən illərdə olduğu kimi, 2019-cu ildə də Hərbi Prokurorluq orqanlarının fəaliyyəti səmərəli olmaqla Silahlı Qüvvələrdə nizam-intizamın davamlılığına, cinayətkarlığın və digər hüquqazidd əməllərin qarşısının alınmasına, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsinə, insan və vətəndaş hüquq və azadlıqlarının qorunmasına yönəldilib: “Cinayət işlərinin başlanmasının qanuniliyinə və əsaslılığına xüsusi diqqət yetirilməsi, icraatda olan işlər üzrə bütün halların hərtərəfli, tam və obyektiv araşdırılması istiqamətində həyata keçirilmiş fəaliyyət, düzgün qurulmuş istintaq metodikası və taktikası, səriştəli aparılan istintaq hərəkətləri, tələb edilən səviyyədə prosessual rəhbərlik, eləcə də işçilərin peşəkarlığı və əzmi sayəsində qeydə alınmış cinayətlərin 99,5 faizi açılıb”.

Səlcuq Elçin

Digər xəbərlər

Arxiv

date