BFB-də Maliyyə Nazirliyinin 15 mln. manatlıq DOİ emissiyası yerləşdirilib

BFB-də Maliyyə Nazirliyinin 15 mln. manatlıq DOİ emissiyası yerləşdirilib
  • Clock-gray 16:28
  • calendar-gray 26 Noyabr 2019

Bakı Fond Birjasında (BFB) Azərbaycan Maliyyə Nazirliyinin AZ0106022756 ISIN-li, 15 mln. manat həcmində, 1 092 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dən “APA-Economics”ə verilən məlumata görə hərrac zamanı 16 investor tərəfindən qiymət intervalı 94,9646 manat (10,05000%) və 101,3105 manat (8,0000%) olan 29 sifariş təqdim edilib.

Maliyyə Nazirliyinin qərarına əsasən, istiqrazların kəsmə qiyməti 100,7837 manat (8,200%), orta ölçülmüş qiyməti 100,8152 manat (8,1880%) müəyyən edilib.

Sifarişlərin nominal qiymətlə ümumi məbləği 78 963 500 manat yerləşdirilən həcmi isə 15 mln. manat təşkil edib. İstiqrazların ödəmə tarixi 22.11.2021-ci ildir.

Hərrac iştirakçıları 27 noyabr 2019-cu il (T+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

Mirsəid İbrahimzadə

Digər xəbərlər

Arxiv

date