Dünya fond bazarlarının əsas indeks göstəriciləri enib

Dünya fond bazarlarının əsas indeks göstəriciləri enib
  • Clock-gray 09:06
  • calendar-gray 22 May 2020

Mayın 21-də Amerika fond bazarında Dow Jones indeksi 0,41% – 24,474.12 bəndədək, S&P 500 indeksi 0,78% – 2,948.51 bəndədək, Nasdaq indeksi isə 0,97% – 9,284.88 bəndədək enib.

"APA-Economics"in məlumatına görə, Avropa fond bazarlarında mayın 21-də FTSE 100 indeksi 0,86% – 6,015.25 bəndədək, Fransa CAC-40 indeksi 1,15% – 4,445.45 bəndədək, Almaniya DAX-ı isə 1,41% – 11,065.93 bəndədək enib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 1,53% azalaraq 1 723,3 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 0,25% azalaraq 1,0946 dollar təşkil edib.

 

Hüseyn Vəliyev

Digər xəbərlər