Dünya fond bazarlarının əsas indeks göstəriciləri enib

Dünya fond bazarlarının əsas indeks göstəriciləri enib
  • Clock-gray 09:10
  • calendar-gray 08 İyul 2020

İyulun 7-də Amerika fond bazarında Dow Jones indeksi 1,51% – 25,890.18 bəndədək, S&P 500 indeksi 1,08% – 3,145.32 bəndədək, Nasdaq indeksi isə 0,86% – 10,343.89 bəndədək enib.

"APA-Economics"in məlumatına görə, Avropa fond bazarlarında iyulun 7-də FTSE 100 indeksi 1,53% – 6,189.90 bəndədək, Fransa CAC-40 indeksi 0,74% – 5,043.73 bəndədək, Almaniya DAX-ı isə 0,92% – 12,616.80 bəndədək enib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,75% artaraq 1 803,9 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 0,29% azalaraq 1,1274 dollar təşkil edib.

 

Hüseyn Vəliyev

Digər xəbərlər