Dünya fond bazarlarının əsas indeks göstəriciləri yüksəlib

Dünya fond bazarlarının əsas indeks göstəriciləri yüksəlib
  • Clock-gray 09:48
  • calendar-gray 25 Mart 2020

Martın 24-də Amerika fond bazarında Dow Jones indeksi 11,36% – 20,704.91 bəndədək, Nasdaq indeksi 8,12% – 7,417.86 bəndədək, S&P 500 indeksi isə 9,38% – 2,447.33 bəndədək yüksəlib.

"APA-Economics"in məlumatına görə, Avropa fond bazarlarında martın 24-də FTSE 100 indeksi 9,05% – 5,446.01 bəndədək, Fransa CAC-40 indeksi 8,39% – 4,242.70 bəndədək, Almaniya DAX-ı isə 10,98% – 9,700.57 bəndədək yüksəlib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 6,63% artaraq 1 652,7 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 0,56% artaraq 1,0791 dollar təşkil edib.

Hüseyn Vəliyev

Digər xəbərlər