Dünya fond bazarlarının əsas indeks göstəriciləri yüksəlib

Dünya fond bazarlarının əsas indeks göstəriciləri yüksəlib
  • Clock-gray 10:04
  • calendar-gray 27 May 2020

Mayın 26-da Amerika fond bazarında Dow Jones indeksi 2,17% – 24,995.11 bəndədək, S&P 500 indeksi 1,23% – 2,991.77 bəndədək, Nasdaq indeksi isə 0,17% – 9,340.22 bəndədək yüksəlib.

"APA-Economics"in məlumatına görə, Avropa fond bazarlarında mayın 26-da FTSE 100 indeksi 1,24% – 6,067.76 bəndədək, Fransa CAC-40 indeksi 1,46% – 4,606.24 bəndədək, Almaniya DAX-ı isə 1% – 11,504.65 bəndədək yüksəlib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 1,09% azalaraq 1 713,6 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 0,83% artaraq 1,0989 dollar təşkil edib.

 

Hüseyn Vəliyev

Digər xəbərlər