Dünya fond bazarlarının əsas indeks göstəriciləri yüksəlib

Dünya fond bazarlarının əsas indeks göstəriciləri yüksəlib
  • Clock-gray 09:23
  • calendar-gray 30 İyun 2020

İyunun 29-da Amerika fond bazarında Dow Jones indeksi 2,32% – 25 595,80 bəndədək, S&P 500 indeksi 1,47% – 3 053,24  bəndədək, Nasdaq indeksi isə 1,20% – 9 874,15 bəndədək yüksəlib.

"APA-Economics"in məlumatına görə, Avropa fond bazarlarında iyunun 29-da FTSE 100 indeksi 2,45% – 6 225,77 bəndədək, Fransa CAC-40 indeksi 5,32% – 4 945,46 bəndədək, Almaniya DAX-ı isə 5,57% – 12 089,39 bəndədək yüksəlib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,11% artaraq 1 783,10 dollar qalıb.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 0,16% artaraq 1,124 dollar təşkil edib.

Mirsəid İbrahimzadə

Digər xəbərlər