Dünya fond bazarlarının əsas indeks göstəriciləri enib

Dünya fond bazarlarının əsas indeks göstəriciləri enib
  • Clock-gray 09:12
  • calendar-gray 22 Noyabr 2019


Noyabrın 21-də Amerika fond bazarında Dow Jones indeksi 0,20% – 27,766.29 bəndədək, S&P 500 indeksi 0,16% – 3,103.54 bəndədək, Nasdaq indeksi isə 0,24% – 8,506.21 bəndədək, enib.

"APA-Economics"in məlumatına görə, Avropa fond bazarlarında noyabrın 21-də FTSE 100 indeksi 0,33% – 7,238.55 bəndədək, Almaniya DAX-ı 0,16% – 13,137.70 bəndədək, Fransa CAC-40 isə 0,22% – 5,881.21 bəndədək enib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,08% azalaraq 1 471,8 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 0,14% azalaraq 1,106 dollar təşkil edib.
 

Hüseyn Vəliyev

Digər xəbərlər

Arxiv

date