Azərbaycan dövlətinin və xalqının əldə etdiyi uğurlar kimin adı ilə bağlıdır?

Azərbaycan dövlətinin və xalqının əldə etdiyi uğurlar kimin adı ilə bağlıdır?

Müasir dövlətlərə və dövlətçilik tarixlərinə nəzər saldıqda həmin ölkələrin inkişaf və ya tənəzzül trayektoriyasını təhlil edərkən siyasi sistemlərin apardıqları siyasi kurs həlledici məqam kimi götürülməlidir. Ənənəvi və uzun tarixi yol keçmiş siyasi kursa malik olan Qərb sivilizasiyasından fərqli olaraq Azərbaycan kimi qeyri-Qərb ölkələrinin əldə etdiyi nailiyyətlər daha çox dövlətin başında dayanan şəxsdən, onun apardığı siyasi-iqtisadi  kursdan asılıdır. Şübhə yoxdur ki, olduqca çətin geosiyasi bölgədə yerləşən türk-müsəlman dövləti Azərbaycan Respublikasının bugünkü vəziyyəti, onun beynəlxalq sistemdə tutduğu mövqe Ulu Öndər Heydər Əliyev siyasəti və onun davamçısı prezident İlham Əliyevin adı ilə bağlıdır.

Elə aparılan sosioloji sorğular bir daha göstərir ki, Prezident İlham Əliyevə xalq tərəfindən verilən dəstək birmənalıdır, Azərbaycan cəmiyyəti Prezidentin apardığı daxili və xarici siyasət kursunu dəstəkləyir və onun yanındadır. Daxili və xarici siyasət dedikdə, əslində, çox mürəkkəb proseslər başa düşülməlidir. Bu gün Azərbaycan dövlətçiliyinin daha da inkişaf etməsinin şahidiyik. Bu gün Azərbaycan coğrafi baxımdan kiçik ölkə olmasına baxmayaraq böyük, qlobal layihələrlə məşğuldur. Bu qlobal layihələrin həyata keçirilməsi kənardan asan görünsə də, olduqca çətin prosesdir. Xüsusilə qeyd edilməlidir ki, bu proseslərdə beynəlxalq güclərin, dünyadakı qrupların, elitaların rəyləri vacibdir. Təsadüfi deyil ki, son 2 il ərzində Prezident İlham Əliyevin iradəsi ilə reallaşan Bakı-Tbilisi-Qars, Şimal-Cənub, TAP, TANAP və digər qlobal layihələr Azərbaycanı istəməyən qüvvələr, o cümlədən ümumdünya erməniləri tərəfindən ciddi qıcıqla qarşılandı. Həmin qüvvələr tərəfindən Azərbaycanın başçılıq etdiyi enerji və nəqliyyat layihələrinin reallaşmasına ciddi şəkildə əngəl törədilməyə çalışılsa da, buna nail ola bilmədilər.

Bundan başqa, son 10 il ərzində məhz Prezident İlham Əliyevin (əfsuslar olsun ki, aidiyyəti strukturlar heç də qarşılarına qoyulan məqsədlərə həmişə çata bilmirdilər) dünya Ermənistanı və erməniləri artıq “yazıq və əzabkeş xalq” kimi deyil (etiraf edək ki, bütün XX əsr boyu dünyada bir çoxları tərəfindən ermənilər Azərbaycan və Türkiyə tərəfindən istismara məruz qalmış  xalq kimi qəbul edilirdilər), əksinə, təcavüzkar və terrorçu, faşist obrazında tanımağa başladı.

Bu günlərdə məhz prezident İlham Əliyevin müxtəlif kürsülərdə Ermənistanın işğalçılıq siyasətini ifşa edən çıxışları sayəsində dünya həqiqətləri görməyə davam edir. Elə uzağa getməyərək, təkcə son 1 həftə ərzində dünya KİV-inin Prezident İlham Əliyevin müxtəlif beynəlxalq kürsülərdən Ermənistanı ifşa edən tezislərindən istifadə etməsinə dair misallara nəzər salaq. Ötən həftə Ermənistanın Baş naziri Nikol Paşinyan BBC-də yayımlanan “HardTalk” verilişində aparıcı Stiven Sakurun sualları qarşısında aciz qalaraq dünyaya rüsvay oldu. Bundan bir neçə gün sonra isə İsrailin ITON Telekanalı Prezidentimizin çıxışlarındakı tezislərdən istifadə edərək Ermənistanın Təl-Əvivdəki səfirini çətin vəziyyətə salıb. Belə ki, proqramın aparıcısı Aleksandr Valdman səfir Smbatyana “Niyə 2016-cı ildə faşist Njdeyə abidə ucaldılıb?”, “Kim İrəvanda Holokost qurbanlarının abidəsində vandalizm aktı törədib?” kimi suallar verib. Suallara cavab tapa bilməyən Smbatyan İsrail auditoriyası qarşısında pərt vəziyyətinə düşüb.

Azərbaycanın beynəlxalq ictimaiyyət arasında imicinin yüksəldilməsi və ayrı-ayrı təşkilat və dövlətlərlə münasibətlərin inkişafında Heydər Əliyev Fondunun da bu illər ərzində gördüyü işləri xüsusilə vurğulamaq lazımdır. Bu gün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət Fondunun Prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın fəaliyyəti Azərbaycanda və ölkə hüdudlarından kənarda hər kəs tərəfindən yüksək qiymətləndirilir.

Sözsüz ki, yuxarıda sadalanan vəziyyət və dövlətimizin yeni mərhələyə daxil olması, ölkə daxilində davam edən islahatlar, beynəlxalq miqyasda mühüm geoiqtisadi layihələrin reallaşması, heç də hamının ürəyincə deyil. Bu qüvvələr həm daxildə, həm də xaricdə fəaliyyət göstərir. 2018-ci il Prezident seçkilərindən sonra başlanan və bu ilin əvvəlindən Azərbaycan hakimiyyətinə qarşı ölkə daxilində və xaricində intensiv şəkildə sürətlənən təzyiq kampaniyaları, Tovuz və postTovuz təxribatları da bizdən ayıq olmağı və ağla qaranı bir-birindən seçməyi tələb edir. Təəssüflər olsun ki, tariximizin müxtəlif dövrlərində, olduğu kimi, bu gün də daxildəki müxtəlif qruplar və bəzi xarici dövlətlərdəki qüvvələr var gücü ilə Azərbaycan xalqı arasında pərakəndəlik toxumları səpməyə, cəmiyyəti müxtəlif klanlara və düşərgələrə bölmək istiqamətində işlər aparmaqdadırlar.

Lakin hər kəs bilməlidir ki, Azərbaycan xalqı bu onilliklər ərzində kimin kim olmasını yaxşı bilir. Azərbaycan xalqı öz  gələcəyini Ulu Öndər siyasətinin davamçısı Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva ilə bağlayır.

Tanrı dövlətimizi və xalqımızı qorusun!

OXŞar BLOQLAR
Məqalə göndər

APA Bloq nədir?

APA İnformasiya Agentliyi ekspertlərə, ictimai şəxslərə, gənc mütəxəssislərə fikirlərini bölüşmək, rəylərini paylaşmaq üçün platforma təklif edir. Dünyanın tanınmış informasiya agentliklərinin trendi olan “Bloq” artıq APA-da da var. “APA Bloq”da hər bir tanınmış şəxs Azərbaycan qanunvericiliyini və beynəlxalq konvensiyaları inkar etməyən fikrini, rəyini, təhlilini yerləşdirə bilər. “APA Bloq” Azərbaycan, rus və ingilis dillərində məqalələrin, ekspert rəylərinin yayılması üçün yaradılmış platformadır. Platformadan istifadə edəcək şəxslər özləri barədə kiçik avtobioqrafik məlumatı, foto şəkillərini və məqalələrini “APA Bloq”a göndərə bilərlər. Məqalələr platformanın redaktorları tərəfindən rəy verildikdən sonra bloqda əksini tapacaq.

Son yazılar
Nuran Abdullayev
Tibbi ekspert

Nuran Abdullayev

Zaur Adıgözəlov
Fəlsəfə doktoru

Zaur Adıgözəlov