Azərbaycan tarixinə qızıl hərflərlə...

Azərbaycan tarixinə qızıl hərflərlə...

Azərbaycan xalqı tarixinin ən əlamətdar günlərini yaşayır. Azərbaycan xalqı bu gün yaxın keçmişindəki qara səhifələri ilə vidalaşaraq gələcəyimiz üçün yeni tarix yazır. Bu gün xalqımız bəlkə dünənə qədər bu qədər tez vaxtda təsəvvür edə bilmədiyi bir reallıqla üz-üzədir. İşğal altındakı torpaqların bir birinin ardınca azad olunması reallığı ilə. On illərdir ki, azərbaycanlıların torpağına ayaqlarının dəymədiyi və havasını almadıqları işğal altındakı bölgələrə, Azərbaycan əsgəri, onun ardınca isə, o torpaqların əsl sahibləri qədəm qoyur.

Beləcə, döyüşlərin ilk həftəsi Azərbaycanın qələbəsi ilə başa çatdı. Bu, həm də Ali Baş Komandan, Azərbaycan xalqının lideri, Prezident İlham Əliyevin qələbəsidir.

Beləcə, ermənilərin və onların havadarlarının 1828-ci ildən başlayaraq Azərbaycan xalqına qarşı apardıqları mənfur siyasətə son qoyulmaqdadır. Düz 200 ilə yaxındır ki, Azərbaycan torpaqları hər onilliklər-iyirmiilliklər sonu ermənilərə hədiyyə verilir, xalqımıza qarşı divan tutulmaqda davam edilirdi. Düz 200 ilə yaxın idi ki, geosiyasi güclər erməni məsələsi adı altında öz dövlət maraqlarını həyata keçirməkdə, ermənilər isə, “dənizdən-dənizə” ideologiyalarını reallaşdırmaqla məşğul idilər.

İndi isə Azərbaycan Prezidenti  tarix yazır. Regionun siyasi xəritəsini dəyişəcək bir tarix... Regionda gələcək proseslərin istiqamətini dəyişəcək bir tarix... Əsrlərdir, qələbəyə həsrət qaldığımız bir tarix...

Prezident İlham Əliyev sübut etdi ki, dahi siyasətçinin və böyük dövlət xadiminin ən layiqli varisidir. Prezident İlham Əliyev sübut etdi ki, Azərbaycan xalqı qəhrəman xalqdır. Prezident İlham Əliyev həm də onu sübut etdi ki, Azərbaycan kimi çətin coğrafi mövqedə yerləşən türk-müsəlman dövlətinin taleyi onun liderindən asılıdır.

Bütün dünyada olduqca intensiv, gərgin, ziddiyyətli və qarışıq proseslərin getdiyi, qlobal trendlərdə qeyri-müəyyənliyin hökm sürdüyü bir mərhələdə müstəqil dövlət quruculuğu kursunu yaradıcı şəkildə inkişaf etdirmək, dünyanın böyük dövlətlərinin Azərbaycanla hesablaşmasına nail olmaq və nəhayət, işğal altındakı torpaqları bir-bir geri qaytarmaq,  əlbəttə, tarixi xidmətdir.

Dövlət başçısı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı prinsipial mövqeyini hər zaman belə ifadə edib: "Azərbaycan heç vaxt öz ərazi bütövlüyünün pozulması ilə barışmayacaq, torpaqlarında ikinci erməni dövlətinin yaranmasına yol verməyəcəkdir. Ölkəmizin ərazi bütövlüyü tam bərpa edilməli, azərbaycanlılar əzəli yurdlarına qayıtmalıdırlar. Qarabağ Azərbaycandır və nida”.

Prezident İlham Əliyev bütün fəaliyyəti boyu bu prinsipin həyata keçirilməsinə var gücü ilə çalışıb, diplomatik uğurlar əldə edib. Lakin zaman göstərdi ki, problemin həlli Ermənistanın və onun müdafiəçilərinin günahı ucbatından mümkün deyil. Zaman göstərdi ki, Azərbaycan silah yolu ilə münaqişəni həll etməlidir.

Azərbaycanın müharibə etməsinə icazə vermək istəməyən, münaqişənin indiki status-kvoda dondurulmuş vəziyyətdə qalmasını istəyən geosiyasi güclər və bəzi qonşu dövlətlər Azərbaycanın səbrinin tükənməz olduğunu düşünürdülər. Nikol Paşinyanın Şuşada yallı oynaması, separatçıların Azərbaycanın mədəni beşiyi olan şəhərdə inauqurasiya keçirmələri, Paşinyan-Tonoyan ikilisinin “yeni müharibə - yeni ərazilər” konsepsiyası qarşısında düşmən peşman olmalı idi. Oldu da.

Oktyabrın 4-də xalqa müraciətində bu məsələlərə toxunan Prezident dedi: “Ermənistanın baş naziri gedib Şuşada, Cıdır düzündə rəqs edir, hesab edir ki, biz bununla barışacağıq?! Səhv edir! Heç vaxt biz bununla barışmayacağıq. Qondarma “Dağlıq Qarabağ Respublikası”nın parlamentinin Şuşaya köçürülməsi nə deməkdir?! Yenə də Azərbaycan xalqını təhqir etmək cəhdidir. “Cəbrayıla Ermənistandan yeni yolun çəkilməsi nə deməkdir?! O deməkdir ki, orada qanunsuz məskunlaşma aparılacaq. Artıq Livandan, başqa yerlərdən erməniləri gətirirlər, köçürürlər bizim qədim şəhərimizə, Şuşada yerləşdirirlər, televiziyada göstərirlər, beynəlxalq konvensiyaları pozurlar, Cenevrə Konvensiyasını tapdalayırlar. Bunlara söz deyən var?! Tapşırıq vermişəm bütün bizim xarici diplomatik orqanlara - məsələ qaldırın, BMT-də, ATƏT-də, Avropa İttifaqında, başqa təşkilatlarda, deyin ki, bu, qanunsuzdur! Qanunsuz məskunlaşma cinayətdir! Buna reaksiya oldu?! Minsk qrupu bir açıqlama verdimi?! Vermədi! Avropa İttifaqı verdimi?! Vermədi! Dedi ki, bu, bizi maraqlandırmır. Maraqlandırmırsa, indi də maraqlandırmasın. İndi nə əl-ayağa düşmüşünüz? İndi nə hoqqalardan çıxırsınız? Azərbaycana qarşı iftiralar irəli sürülür, bəzi ölkələr, Avropa ölkələri bizi ittiham edirlər. Getsinlər güzgüyə baxsınlar. Bu ittihamların heç bir əsası yoxdur ki, kimsə imkan verməz Azərbaycan Dağlıq Qarabağı fəth etsin. Dağlıq Qarabağ bizimdir, bizim torpağımızdır, biz oraya qayıtmalıyıq, qayıdırıq və qayıdacağıq!”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Beləcə, daima qətiyyəti və prinsipiallığı ilə seçilən Azərbaycan xalqının lideri İlham Əliyev dünənə qədər bölgədə at oynatmaq istəyən Ermənistan rəhbərliyinə dərs verməkdədir...

Taleyimiz dəyişir... On illər sonra tarix dərsliklərinə bu günlər qızıl hərflərlə həkk olunacaq!

OXŞar BLOQLAR
Məqalə göndər

APA Bloq nədir?

APA İnformasiya Agentliyi ekspertlərə, ictimai şəxslərə, gənc mütəxəssislərə fikirlərini bölüşmək, rəylərini paylaşmaq üçün platforma təklif edir. Dünyanın tanınmış informasiya agentliklərinin trendi olan “Bloq” artıq APA-da da var. “APA Bloq”da hər bir tanınmış şəxs Azərbaycan qanunvericiliyini və beynəlxalq konvensiyaları inkar etməyən fikrini, rəyini, təhlilini yerləşdirə bilər. “APA Bloq” Azərbaycan, rus və ingilis dillərində məqalələrin, ekspert rəylərinin yayılması üçün yaradılmış platformadır. Platformadan istifadə edəcək şəxslər özləri barədə kiçik avtobioqrafik məlumatı, foto şəkillərini və məqalələrini “APA Bloq”a göndərə bilərlər. Məqalələr platformanın redaktorları tərəfindən rəy verildikdən sonra bloqda əksini tapacaq.

Son yazılar
Nuran Abdullayev
Tibbi ekspert

Nuran Abdullayev

Zaur Adıgözəlov
Fəlsəfə doktoru

Zaur Adıgözəlov