Erməni mənşəlilər və erməni çörəyi yeyənlər

Erməni mənşəlilər və erməni çörəyi yeyənlər

Yaxud Əli Kərimli, Cəmil Həsənli, Qənimət Zahid, Gültəkin Hacıbəyli, Arif Məmmədov, Ramiz, Arif və Leyla Yunus, Sevinc Osmanqızı kimi antimilli qüvvələrin xəyanətkar simaları barədə bəzi vacib xatırlatmalar…

Cənubi Qafqaz regionunun lider ölkəsi olan və müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş - güclü və nüfuzlu dövlət kimi tanınan Azərbaycan dinamik inkişaf yolunda əmin addımlarla irəliləyir. Bunu təmin edən strateji amil, heç şübhəsiz, Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurlu daxili və xarici siyasətin həyata keçirilməsidir. Milli maraqlara və müasir qlobal çağırışlara cavab verən strateji kurs müstəqil xarakter daşıyır, ölkəmizin möhtəşəm nailiyyətlər qazanaraq yeni zirvələr fəth etməsini şərtləndirir.

Təbii ki, respublikamızın dayanıqlı inkişafı, beynəlxalq mövqeyinin davamlı olaraq möhkəmlənməsi, eləcə də Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində qətiyyətli mövqeyini davam etdirməsi anti-Azərbaycan, ermənipərəst dairələr tərəfindən böyük narahatlıqla qarşılanır. Ona görə də xaricdəki ermənipərəst dairələr Azərbaycanın əleyhinə qarayaxma kampaniyası aparır, ölkəmizin müstəqil siyasətinə və dinamik inkişafına maneə yaratmaq üçün müxtəlif çirkin vasitələrdən istifadə edirlər. Onların Azərbaycana qarşı məkrli planlarının reallaşmasında isə xaricdəki bəzi “siyasi mühacir”lər və ölkəmizdəki “beşinci kolon” xüsusi canfəşanlıq edir.

“Siyasi mühacir” adı ilə xaricə sığınan antimilli ünsürlər və “beşinci kolon”nə üçün indi aktivləşib?

“Mühacir” adı ilə xaricə sığınan antimilli ünsürlərin, eləcə də ölkəmizdəki “beşinci kolon” nümayəndələrinin son zamanlar xüsusi aktivləş(diril)məsi müşahidə olunur. Təbii ki, erməni mənşəli olanlar və erməni çörəyi ilə qidalananların məhz indi xüsusi fəallıq nümayiş etdirmələri bir sıra amillərə əlaqədardır.

Məlum olduğu kimi, son zamanlar dünyanı cənginə almış yeni növ koronavirus infeksiyasının (COVİD-19) ölkəmizdə geniş yayılmasının qarşısının alınması istiqamətində Prezident İlham Əliyevin müvafiq tapşırıqları və göstərişləri əsasında təxirəsalınmaz tədbirlər həyata keçirilir və bütün zəruri resurslar səfərbər olunub. Ən əsası, əhalinin sağlamlığının qorunması və sosial müdafəsinin gücləndirilməsi istiqamətində müvafiq addımlar atılır. Hazırkı şəraitdə qəbul olunan qərarların, imzalanan sənədlərin mühüm bir hissəsi pandemiya şəraitinin əhalinin rifahına, ölkə iqtisadiyyatına böyük ölçüdə mənfi təsirinin qarşısını almaqdan ibarətdir. Təqdirəlayiqdir ki, ölkəmizdə iqtisadi sabitliyi təmin etmək, məşğulluqla bağlı problemləri həll etmək, eləcə də makroiqtisadi və maliyyə vəziyyətimizi sabit saxlamaq üçün 3,5 milyard manat vəsait ayrılıb, müxtəlif istiqamətlərdə dövlət dəstəyi mexanizmlərini özündə ehtiva edən çoxsaylı sənədlər imzalanıb. Bir sözlə, Azərbaycan dövləti öz vətəndaşlarının yanındadır. Təbii ki, pandemiyanın mənfi təsirlərindən qorunmaq üçün formalaşdırılmış mübarizə mexanizminin səmərəliliyini təmin edən mühüm amillərdən biri dövlət tərəfindən həyata keçirilən zəruri tədbirlərə əhalinin fəal dəstək göstərməsidir. Yəni pandemiya şəraitində də ölkəmizdə sarsılmaz xalq-iqtidar birliyi, milli həmrəylik özünü ən yüksək səviyyədə göstərir.

Təbii ki, anti-Azərbaycan dairələrin, erməni lobbisinin və ermənipərəst mərkəzlərin sifarişlərini yerinə yetirən “sapı özümüzdən olan” baltalar Azərbaycanın bu müsbət reallıqlarından ciddi narahatlıq duyduqlarına görə hərəkətə keçiblər. Onlar koronavirusun yayılmasına qarşı mübarizə məsələsi ilə əlaqədar sosial şəbəkələr vasitəsilə gerçəkliyə uyğun olmayan məlumatlar, daha doğrusu, dezinformasiyalar ortaya atmaqla sosial immuniteti azaltmağa, operativ və effektiv tədbirlərin üzərinə kölgə salmağa, hətta vətəndaşların sağlamlığı və təhlükəsizliyi üçün xüsusi karantin rejiminin uzadılmasını manipulyasiya predmetinə çevirməyə çalışırlar. Çünki erməni lobbisinin maliyyəsi əsasında “fəaliyyət” göstərən bu antimilli ünsürlərin istəyi Azərbaycanda vəziyyətin gərginləşməsi, ölkəmizin xaos və anarxiya meydanına çevrilməsidir. Ona görə də onlar ölkədə koronavirus infeksiyasına yoluxanların və ölənlərin sayının artmasını, Azərbaycanın dərin sosial-iqtisadi problemlərlə üzləşməsini istəyirlər ki, bu məsələlərdən istifadə edərək Ermənistan mənafeyinə uyğun, dövlətimizin maraqlarına zidd təbliğat kampaniyası apara, vətəndaşla dövlət arasında etimadsızlıq mühiti yarada bilsinlər. Bu isə birmənalı olaraq Vətənə, xalqa və dövlətə xəyanətin bariz  nümunəsi - əyani ifadəsidir.

“Sapı özümüzdən olan balta”ların erməni sevgisi və erməni lobbisinə xidməti…

Öz xalqına və dövlətinə qarşı düşmənçilik mövqeyi sərgiləyən xaricdəki antimilli ünsürlərin, eləcə də ölkəmizdəki “beşinci kolon”un məhz indi xüsusi aktivləşməsinin əsasında duran başqa bir səbəb haqqında…

Məlumdur ki, bütün regional layihələrdən kənarda qalan, bölgədə təcrid vəziyyətində olan işğalçı Ermənistanda siyasi xaos və iqtisadi tənəzzül dərinləşməkdədir. Bununla yanaşı, erməni lobbisi və terrorizmi, təcavüzkarlığı dövlət siyasətinə çevirmiş Ermənistan beynəlxalq miqyasda diplomatik müstəvidə də ciddi uğursuzluqlara düçar olub. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dərin strateji diplomatiyanın, yaxud hücum diplomatiyasının sayəsində erməni yalanları ifşa olunur, təcavüzkar erməni millətçilərinin “qara piar” kampaniyası iflasa uğradılır. Xüsusilə də, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Valday və Aşqabadda tarixi və siyasi reallıqları qətiyyətlə beynəlxalq ictimaiyyətin diqqətinə çatdıraraq ermənilərin saxta təbliğatını ifşa etməsi, Münxendə isə Nikol Paşinyana tarix, hüquq, siyasət və diplomatiya dərsi keçməsi ermənilərdə, ermənipərəst dairələrdə ciddi mənəvi-psixoloji sarsıntının və əndişənin yaranmasına səbəb olub. Son zamanlar, həmçinin bu ölkədə hakimiyyətlə vətəndaşlar arasında ciddi ziddiyyətlər və konfrantasiyaların müşahidə edilməsi, Azərbaycanın qüdrəti qarşısında təlaş keçirən işğalçı ölkənin ordusunda neqativ halların artması, hətta Dağlıq Qarabağda xidmət edən əsgərlərin silahlarını ataraq qaçması kimi faktlar Ermənistanın ümumu mənzərəsini əks etdirən bariz reallıqlardır. Ona görə də isterika vəziyyətində olan erməni lobbisi hərəkətə keçərək təbliğat və qarayaxma kampaniyası vasitəsilə iki hədəfə çatmaq istəyirlər: birincisi, Ermənistanın acizliyini və acınacaqlı vəziyyətini gizlətmək, reallığı başqa cür təqdim etmək; ikincisi isə, gündən-günə inkişaf edən, güclənən Azərbaycanın müsbət reallıqlarının və möhtəşəm nailiyyətlərinin üzərinə kölgə salmaq. Təbii ki, bu prosesdə öz xidmətçilərinin əməyindən istifadə edirlər. Əfsuslar olsun ki, həmin qulluqçular sırasında xaricdə məskunlaşmış azərbaycanlılar, ölkəmizdəki “beşinci kolon” nümayəndələri – “sapı özümüzdən olan balta”lar da ön cərgədə yer alırlar. Erməni lobbisinin direktivlərini yerinə yetirən bu antimilli ünsürlər qondarma “Dağlıq Qarabağ respublikası”nda keçirilmiş “seçkilər”lə bağlı bir kəlimə qinayıcı və tənqidi fikirlər söyləmədikləri halda, Azərbaycan azad, ədalətli, demokratik və şəffaf seçkilərlə bağlı yalanlar tirajlayırlar. Həmin qondarma “seçkilər”i qınayan və rədd edən bir çox ölkələrin, regional və beynəlxalq təşkilatların bəyanatlarında Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə tam dəstək ifadə olunub, amma sözügedən marginal qruplaşmalar susqunluq nümayiş etdirirlər.

Erməni lobbisinin “muzdlu ideoloji əsgərləri”: onlar kimlərdir və nə istəyirlər?

Erməni lobbisinin “muzdlu ideoloji əsgərləri”nin sıralarına nəzər yetirərkən gözə çarpan ilk fiqurlardan biri keçmiş “diplomat” Arif Məmmədovdur. Gəncədə doğulmuş bu şəxsin nənəsinin erməni olması aşkardır – heç kimə sirr deyil. Rus hərbi tərcüməçilik məktəbini bitirmiş Arif Məmmədov erməni qohumlarının köməkliyi ilə təhsil alıb və işə düzəlib. Heç bir bilik və bacarıq sahibi olmadığına görə həbəş dilinə yönləndirilib. Bir müqayisə aparaq: konservatoriyaya imtahan zamanı istedadlı insanlar arasında əsas rəqabət tar, kamança, skripka, fortepiano və digər bu kimi çalğı alətləri üzrə təhsili almaq istiqamətində müşahidə edilir. İstedadı kifayət qədər olmayan və tapşırılanlar isə kontrabasa yönlənir. Elə Arif Məmmədov da türk, ərəb, fars və ya Avropa dilləri üzrə deyil, heç kimə lazım olmayan, beynəlxalq əhəmiyyət daşımayan həbəş dili üzrə təhsil ala bilib ki, bu da onun savadsızlığı və istedadsızlığının bariz nümunəsidir. Digər tərəfdən, biz 1988-ci ildə başlayaraq Milli Azadlıq Hərəkatında fəal iştirak edərkən, ərazi bütövlüyümüzün qorunması uğrunda mübarizə apararkən tərcümeyi halında 1988-1993-cü illəri gizlətmiş bu şəxsin elə həmin vaxt Həbəşistanda keçi otarmaqla məşğul olduğu da məlumdur. Nədənsə bu “mahir diplomat” heç vaxt həmin dönəmdən söhbət açmır.

Arif Məmmədov erməni xislətini Ermənistanın terrorçu dövlət olmasını ört-basdır etməyə çalışmaqla, hətta bu məqsədinə çatmaq üçün Azərbaycan dövlətini ittiham etməkdə də göstərir. Bu şəxs Azərbaycanı “İsraildən aldığı silahları Suriya və Liviyada Türkiyəyə qarşı vuruşan terrorçulara satmaqda” günahlandırmaqla  həm də iki qardaş ölkə - bir millət, iki dövlət olan Azərbaycan və Türkiyə arasında nifaq toxumu səpməyə yönəlmiş çirkin təbliğat aparır. O, nə Ermənistanın terror dövləti olmasından, işğalçı – təcavüzkar siyasət həyata keçirməsindən danışır, nə də terrorist təşkilat İŞİD barədə - onun birdən-birə necə meydana çıxması və kimə xidmət etməsi haqqında bir kəlimə deyir. Azərbaycan və Türkiyənin münasibətlərinin pozulmasını istəyən, Ermənistanı müdafiə edən kimlərdir? Təbii ki, ermənilər və ermənipərəst dairələr. Elə Arif Məmmədov kimi xainlər də nənələrinin və babalarının xəyanətkar əməllərinə sadiq qalaraq bu cür fəallıq nümayiş etdirirlər.

Başqa bir məqam: Azərbaycan dilində normal danışa bilməyən satqın “diplomat”ın tez-tez istifadə etdiyi “kürü diplomatiyası” ifadəsi elə onun öz diplomatik fəaliyyətinin mahiyyətini əks etdirir. Vaxtilə Azərbaycanın AŞPA-dakı nümayəndəsi olmuş bu şəxs “ziyafət təşkil etmək” adı altında ayrı-ayrı məmurlardan maliyyə vəsaiti toplamış və  mənimsəmişdir.

Aldığı tapşırıqlar və sifarişlər əsasında Azərbaycan dövlətinə qarşı çirkin təbliğat aparmaqla məşğul olan erməni xidmətçiləri sırasında Ramiz, Arif və Leyla Yunuslar da var. Bu şəxslərin erməni kimlikləri aşkardır (bu barədə Rasim Ağayevin, Əlizadə qardaşlarının yazılarında kifayət qədər faktlar var). Ramiz, Arif və Leyla Yunuslarla bağlı qanuni təftiş zamanı onların dünyanın ayrı-ayrı ölkələrində, o cümlədən Göyçə gölünün kənarında 11 mülkünün ortaya çıxması da bir çox mətləblərdən xəbər verir. Ermənistan ərazisinə dövlətimizi məlumatlandırmadan və icazə almadan, yəni qeyri-qanuni surətdə keçərək işğalçı ölkədə təşkil olunmuş toplantılarda iştirak edən və Azərbaycan dövlətinin milli maraqlarına zidd, Ermənistanın isə mənafeyinə uyğun fikirlər səsləndirən bu şəxslərin siması və ya simasızlığı ortadadır. İndi Ramiz Yunus yaşadığı ABŞ-dakı və xidmət etdiyi Ermənistandakı pandemiya şəraitində acınacaqlı vəziyyəti kənara qoyaraq Azərbaycanı tənqid etməyə, ictimai rəyi çaşdırmağa çalışır. Amma xalqımız onun yalanlarına, qərəzli və məkrli fikirlərinə inanmır, çünki bu antimilli ünsürü danışdıran amilin onların erməni mənşələri və erməni lobbisinin maliyyəsi olduğunu yaxşı bilir.

Anti-Azərbaycan cəbhəsində dayananlar sırasında olan Cəmil Həsənli isə xalqı, hakimiyyəti və dövləti hədəf seçərək yalan tirajlamaqla məşğuldur. Bu şəxs konkret olaraq ermənipərəst dairələrin qulluqçusu qismində dezinformator kimi çıxış edir. Bir zamanlar Milli Məclisin üzvü olarkən büdcə müzakirələri, Nazirlər Kabinetinin hesabatları zamanı hökumətin işini yüksək qiymətləndirən, parlamentdə, eləcə də Təhsil Nazirliyinin kollegiya iclaslarında ölkəmizdə təhsilin inkişafı barədə tərif yağdıran, buna görə təhsil nazirindən “konvert” alan, cəmi 1 il parlament üzvü olduğu halda, Milli Məclisin deputatları üçün tikilmiş binada illərlə növbədə duran başqalarının haqqına girərək 4 otaqlı mənzil alan, keçmiş iqtisadiyyat nazirinin dəstəyi və maliyyəsi ilə yaşadığı binanın altında deputatların xeyir-şər mərasimləri üçün nəzərdə tutulmuş obyekti qeyri-qanuni şəkildə özəlləşdirərək mənimsəyən C.Həsənlinin indi haqqdan danışması, sadəcə olaraq, absurddur! Şəffaflıq və ədalətdən dəm vuran Cəmil Həsənlinin millət vəkili seçilmədikdən sonra yaşı uyğun olmadığı halda pensiya (deputatlıq təqaüdü) almaq üçün saxta yolla I qrup əlillik (gözdən) dərəcəsi alması isə onun hansı mənəviyyata sahib olduğunu aydın göstərir. Necə ola bilir ki, gözdən əlil olan şəxs elmlə məşğul olur, məqalələr və əsərlər dərc etdirir, elmi konfranslarda mühazirə oxuyur?!

Deputatlığı zamanı Milli Məclisdən çox Prezident Administrasiyasında olan, hər dəfə xarici səfərlərə, Avropa Şurasına gedərkən döymədiyi nazir qapısı qalmayan, prezident seçkiləri ərəfəsində, iclaslar zamanı hər kəsdən öncə çıxış edib təriflər söyləmək üçün dava edən Gültəkin Hacıbəylinin isə deputat seçilmədikdən sonra  Azərbaycan iqtidarına və dövlətinə yönəlik qərəzli, iftira dolu fikirlər səsləndirməyə başlaması onun əsl simasını əks etdirir. Deputat seçildiyi Goranboydan milyonlar götürən, alçipan, gips zavodları, fabriklər açmış Gültəkin Hacıbəyli heç bir əmək müqaviləsi olmadan, sosial müdafiə fonduna ödəmə etmədən və vergidən yayınmaqla çoxlu sayda insanın əməyini istismar edərək sərvətini artırırdı. O zaman bu şəxsin yadına heç xalq, vətəndaş düşmürdü. Paradoksal haldır ki, vaxtilə müqaviləsiz və qeyri-qanuni çalışdırdığı, buna görə də  indi təqaüd ala bilməyən həmin insanların haqqını qaytarmaq əvəzinə, koronavirus pandemiyası şəraitində dövlətin insanlara yardımı, dəstəyi, xüsusi diqqət və qayğısının üzərinə kölgə salmağa çalışır.

Bir zamanlar adı qonşu ölkələrdən birində casusluğa qarışmış, əxlaqsızlıq macəraları ilə “şöhrət” sahibi olmuş, erməni lobbisinin tapşırıqlarını yerinə yetirən qənimət zahidin isə səsləndirdiyi fikirlər onun xisləti və mahiyyətini tam əks etdirir. Neftin qiymətinin düşməsi barədə danışarkən dəfələrlə “maşallah” sözündən istifadə edən q.zahidin bu məsələyə görə sevincinin həddi-hüdudu olmamasını aşkar nümayiş etdirməsi onun xalqa və dövlətə düşmən münasibətində olduğunu göstərir. Hətta o düşünmür ki, neft gəlirlərindən səmərəli istifadə olunması sayəsində ölkə iqtisadiyyatının inkişafı nəticəsində qüdrətli Azərbaycan öz vətəndaşlarına hərtərəfli diqqət və qayğı göstərir. Heç olmasa, elə mənsub olduğu Şamaxı, Ağsu və İsmayıllıda zəlzələdən sonra neft gəlirləri hesabına minlərlə yeni evlərin tikilib istifadəyə verilməsi faktını xatırlasın. Halbuki nə yaşadığı Avropada, nə də cani-könüldən bağlı olduğu Ermənistanda belə bir nümunə var!

“Jurnalist” adını və peşəsini istismar edən, məkrli niyyət, məsuliyyətsizlik və digər əxlaqi səbəblərdən Azərbaycanda heç bir kütləvi informasiya vasitəsində sona qədər çalışa bilməyən Sevinc Osmanqızı bu gün okeanın o tayında erməni lobbisindən aldığı siyasi direktivlər əsasında ölkəmizə qarşı “qara piar” kampaniyası aparanlardandır. Bu “istedad abidəsi” Azərbaycan cəmiyyətində 1002 sifət daşıyıcısı kimi tanınır.

Xəyanət və satqınlıq simvoluna çevrilmiş antimilli ünsürlərin başında gələnlər sırasında Əli Kərimli xüsusi yer tutur. O, erməni lobbisinin, anti-Azərbaycan dairələrin xidmətçisi kimi çıxış edir. Hiyləgər planları ilə dostlarını, həmfikirlərini öz şəxsi ambisiyalarına və karyerasına qurban verən Ə.Kərimlinin hətta lider hesab etdiyi Əbülfəz Elçibəyin Türkiyədə müalicəsi üçün ayrılmış 150 min dolları, Çöhrəqaninin gözlərinin müalicəsi üçün Azərbaycanda toplanmış vəsaiti mənimsəməsi kimi faktlar onun mənəvi və siyasi əxlaqsızlığını aşkar nümayiş etdirir. Ermənilərdən pul alan, rəqiblərinin əleyhinə bütün separat danışıqlara gedən, sosial dəstəyə və elektorata malik olmadığına görə qorxudan heç bir seçkiyə qatılmayan, adı ictimai rəydə xəyanət və satqınlıq ifadələri ilə assosiasiya olunan Əli Kərimlinin indi “internet şousu” vasitəsilə özünü qəhrəmana çevirməyə, hakimiyyəti isə ləkələməyə çalışması cəhdləri cılız səylər kimi iflasa məhkumdur.

Nəticə etibarilə, bu gün Azərbaycan dövlətinə qarşı “qara piar” kampaniyası aparan, ölkəmizin uğurlarına kölgə salmağa çalışan, xalq-iqtidar birliyini, ictimai-siyasi sabitliyi və milli həmrəyliyi pozmağa cəhd edən antimilli ünsürlər, sadəcə olaraq, erməni mənşəli şəxslər və erməni çörəyi yeyənlərdir!

OXŞar BLOQLAR
Məqalə göndər

APA Bloq nədir?

APA İnformasiya Agentliyi ekspertlərə, ictimai şəxslərə, gənc mütəxəssislərə fikirlərini bölüşmək, rəylərini paylaşmaq üçün platforma təklif edir. Dünyanın tanınmış informasiya agentliklərinin trendi olan “Bloq” artıq APA-da da var. “APA Bloq”da hər bir tanınmış şəxs Azərbaycan qanunvericiliyini və beynəlxalq konvensiyaları inkar etməyən fikrini, rəyini, təhlilini yerləşdirə bilər. “APA Bloq” Azərbaycan, rus və ingilis dillərində məqalələrin, ekspert rəylərinin yayılması üçün yaradılmış platformadır. Platformadan istifadə edəcək şəxslər özləri barədə kiçik avtobioqrafik məlumatı, foto şəkillərini və məqalələrini “APA Bloq”a göndərə bilərlər. Məqalələr platformanın redaktorları tərəfindən rəy verildikdən sonra bloqda əksini tapacaq.

Son yazılar
Nuran Abdullayev
Tibbi ekspert

Nuran Abdullayev

Zaur Adıgözəlov
Fəlsəfə doktoru

Zaur Adıgözəlov