Ermənistanı gözləyən defolt və 8 milyarda çatan xarici borc

Ermənistanı gözləyən defolt və 8 milyarda çatan xarici borc

Hər bir dövlətin inkişafı və müstəqil siyasəti, xalqının firavanlığı üçün onun maliyyə-iqtisadi sisteminin dayanıqlığı ən vacib amillərdəndir. Bu, həm də dövlətin müstəqil siyasət aparması üçün çox əhəmiyyətlidir. Təəssüflər olsun ki, məqsədi işğalçılıq olan Ermənistan rəhbərliyi regionda qeyri-sabitlik üçün əlindən gələni etməklə bərabər,  həm də regional və beynəlxalq layihələrin bölgəmizdə reallaşmasına maneə olmaqdadır. Elə bu ilin iyul ayında Tovuz istiqamətində təxribat yaradan Ermənistan, öz məqsədləri sırasına həm də Azərbaycan vasitəsilə Avropaya gedən enerji və nəqliyyat layihələrinə zərbə vurmaq daxil idi. Nə qədər gözlənilməz olsa da, bunu Rusiyanın Xarici işlər naziri də təsdiqlədi.

O, avqustun 20-də Rusiyanın “Trud” qəzetinə verdiyi müsahibədə hərbi provokasiyanın səbəbkarı kimi məhz Ermənistanı qeyd etdi.

Əfsuslar olsun ki, Ermənistandakı hakimiyyətlər üçün (nə bundan qabaqkı Qarabağ klanının hakimiyyəti dövründə, nə də “liberal” Paşinyanın vaxtında) xalqının sosial-iqtisadi şəraiti heç vaxt maraqlı olmayıb. Bütün regional layihələrdən geridə qalan, müstəqillik dövründə heç bir iqtisadi – logistik layihələrə qoşula bilməyən İrəvan əgər ümumdünya erməni diasporu və havadarları olmasaydı çoxdan çökmüş olardı. Hazırda  Ermənistan dövlət kimi demək olar ki, mövcud deyil. Elə ermənilərin özləri də bunu etiraf edirlər. Məsələn, bu günlərdə Vahid Ermənistan partiyasının həmtəsisçisi Artur Kazinyan bildirib ki, Ermənistanın xarici borcu 8 milyard dollara çatıb. Paşinyanın rəhbərlik etdiyi hökumət təkcə iyul ayında 221 milyon dollarlıq öhdəlik götürüb.

Bir faktı xüsusi qeyd etmək lazımdır ki, bu ölkənin ümumi dövlət borcunun 80 faizi xarici valyutadadır və həmin istiqamət üzrə son dövrlərin davamlı neqativ tendensiyası Ermənistanın maliyyə təhlükəsizliyinin nə dərəcədə kövrək olduğunu göstərir. Belə ki, hazırda Ermənistanın xarici borcu maliyyə təhlükəsizliyi üzrə bütün normaları aşıb və bu ölkənin ümumi daxili məhsulunun (ÜDM) 50 faiz civarındadır. Belə ki, 2015-ci illə müqayisədə ümumi dövlət borcunun ÜDM-ə nisbəti 48 faizdən 54 faizə, xarici dövlət borcunun ÜDM-ə nisbəti isə 40 faizdən 42 faizədək artıb. Dünya Bankı dövlət borcunun ÜDM-ə nisbəti göstəricisinin qarşıdakı dövrdə daha da pisləşəcəyini və ilin sonuna 57,2 faizə çatacağını proqnozlaşdırıb. Belə ki, 2019-cu ildə Ermənistanın ümumi dövlət borcu 6 faiz artdığı halda, təkcə cari ilin 6 ayı ərzində bu göstərici 5 faiz, xarici borc isə 4,6 faiz artım göstərib. Beynəlxalq Valyuta Fondunun (BVF) missiyasının müxtəlif ssenarilər üzrə hesablamaları bu ölkənin ümumi dövlət borcunun büdcə gəlirlərinə nisbətinin yaxın 5 il ərzində də 200 faizindən çox olacağını göstərir.

Görünən odur ki, “küçə inqilabı” ilə hakimiyyətə gələn və əslində əksər ermənilərin  2 il bundan əvvəl ümid bəslədikləri Nikol Paşinyan xalqının sosial-iqtisadi, eyni zamanda demoqrafik problemlərini həll etmək əzmində deyil. Küçədən gələn və dövlət idarəçiliyində heç bir təcrübələri olmayan, əsas məqsədləri Köçaryan-Sarkisyan rejimindəki kimi xalqı talamaq olan Paşinyan və komandasını da, vəziyyət belə davam edəcəyi halda inqilab yolu ilə hakimiyyətdən qovulmaları gözləyir. Odur kı, ölkə daxilində artan narazılıqlar, Paşinyan hakimiyyətinə qarşı müxalifətin qarşıdakı aylar ərzində daha da sıx birləşməsi düşmən ordusunun yeni təxribatlara əl atacağını istisna etmir. Ermənistanın indiki müdafiə naziri bu istiqamətdə Paşinyan hakimiyyətini daxili iğtişaşlardan sığortalamaq üçün bütün mümkün və qeyri-mümkün addımlara əl ata bilər. Hər halda, Ermənistan ətrafında baş verənlər onu göstərir ki, tezliklə  olmayan erməni dövlətçiliyi özünün tənəzzülünün pik həddini yaşayacaq.

Beləliklə, Ermənistanda yaxın vaxtlarda  az qala defolt miqyasında gözlənilən maliyyə böhranı bu ölkənin xarici borc öhdəlikləri sahəsində ciddi çətinliklərin meydana çıxmasına rəvac verəcək. Çünki defolt o deməkdir ki, dövlət borc öhdəliklərini vaxtında yerinə yetirə bilmir. Ermənistan isə, onsuz da borc öhdəliklərini çətinliklə yerinə yetirir. Bu isə, o deməkdir ki, 30 ilə yaxın müstəqil olan Ermənistan respublikası külli miqdarda dövlət borcu  və xarici dövlətlərdən asılı olan bir dövlət kimi sözün əsl mənasında müstəqil və suveren hakimiyyətə sahib olmayıb və olmayacaq da.

Göründüyü kimi, Ermənistan iqtisadi göstəricilərin bütün parametrləri üzrə xaricdən asılılıqda olan ölkədir və bütün mötəbər proqnozlar da bu ölkənin vəziyyətinin getdikcə daha da pisləşəcəyini və kəskin iqtisadi asılılıqla üz-üzə qalacağını göstərir.

OXŞar BLOQLAR
Məqalə göndər

APA Bloq nədir?

APA İnformasiya Agentliyi ekspertlərə, ictimai şəxslərə, gənc mütəxəssislərə fikirlərini bölüşmək, rəylərini paylaşmaq üçün platforma təklif edir. Dünyanın tanınmış informasiya agentliklərinin trendi olan “Bloq” artıq APA-da da var. “APA Bloq”da hər bir tanınmış şəxs Azərbaycan qanunvericiliyini və beynəlxalq konvensiyaları inkar etməyən fikrini, rəyini, təhlilini yerləşdirə bilər. “APA Bloq” Azərbaycan, rus və ingilis dillərində məqalələrin, ekspert rəylərinin yayılması üçün yaradılmış platformadır. Platformadan istifadə edəcək şəxslər özləri barədə kiçik avtobioqrafik məlumatı, foto şəkillərini və məqalələrini “APA Bloq”a göndərə bilərlər. Məqalələr platformanın redaktorları tərəfindən rəy verildikdən sonra bloqda əksini tapacaq.

Son yazılar
Nuran Abdullayev
Tibbi ekspert

Nuran Abdullayev

Zaur Adıgözəlov
Fəlsəfə doktoru

Zaur Adıgözəlov