Koronavirus peşə xəstəliyi sayılırmı?

Koronavirus peşə xəstəliyi sayılırmı?

Mövzu başlığına müvafiq olaraq cavab kimi qeyd etmək mümkündür ki, bəli. Koronavirus xəstəliyi də peşə xəstəliyi hesab edilir. Sadəcə olaraq, konkret peşədə çalışanlar üçün bu halda ödəniş verilir.

"İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" Qanuna əsasən, peşə xəstəliyinə tutulmuş şəxslərin həyatına və sağlamlığına dəyən zərər nəticəsində onların peşə əmək qabiliyyətinin itirilməsi və ya ölümü halında sığortalandıqları şirkət tərəfindən sığorta ödənişi verilir. Əgər şəxs sığorta olunmayıbsa, onda həmin işçini sığortalamaq vəzifəsi olan işəgötürən öhdəlik daşıyacaq.

Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş "İşçinin peşə xəstəliyinə tutulmağı ehtimalı yüksək olan iş yerlərinin Siyahısı"na əsasən müvafiq tibb müəssisələrində, infeksion şöbələrdə çalışan şəxslər peşə xəstəliyinə tutulma ehtimalı yüksək şəxslər hesab edilir.

Mövzu çərçivəsində qeyd etmək yerinə düşərdi ki, aşağıdakı şəxslər peşə xəstəliyi nəticəsində şəxsin ölümü zamanı sığorta ödənişi ala bilər:

- şəxsin ölümündən sonra doğulmuş uşağı;

- himayəsində olmuş və 14 yaşına çatmamış, yaxud bu yaşa çatsa da, tibb orqanlarının rəyinə əsasən sağlamlıq vəziyyətinə görə başqasının qulluğuna ehtiyacı olan uşaqlarına, nəvələrinə, qardaşlarına və bacılarına qulluq etməklə məşğul olan valideynlərdən biri, arvad (ər) və ya digər ailə üzvü;

- şəxsin himayəsində olmuş və onun ölümündən sonra beş il ərzində əmək qabiliyyətini itirmiş şəxslər;*

- şəxsin himayəsində olmuş və ya onun öldüyü günədək ondan dolanacaq təminatı almaq hüququna malik olmuş əmək qabiliyyəti olmayan şəxslər;*

* Son 2 halda göstərilən şəxslərə 18 yaşına çatmayan uşaqları, təhsil müəssisələrinin əyani şöbəsində təhsil alan övladları (lakin ən çoxu 23 yaşına çatanadək), yaşa görə pensiya hüququ yaranan yaxud əlilliyi olan ailə üzvlərini (ata, ana, ər-arvad, övlad) aid etmək olar.

Bu şəxslər olmadıqda isə sadəcə ailə üzvləri ödəniş ala bilər.

Yekunda isə qeyd edək ki, peşə xəstəliyi işəgötürən və səlahiyyətli qurum yaxud məhkəmə tərəfindən təsdiq edilməlidir.

OXŞar BLOQLAR
Məqalə göndər

APA Bloq nədir?

APA İnformasiya Agentliyi ekspertlərə, ictimai şəxslərə, gənc mütəxəssislərə fikirlərini bölüşmək, rəylərini paylaşmaq üçün platforma təklif edir. Dünyanın tanınmış informasiya agentliklərinin trendi olan “Bloq” artıq APA-da da var. “APA Bloq”da hər bir tanınmış şəxs Azərbaycan qanunvericiliyini və beynəlxalq konvensiyaları inkar etməyən fikrini, rəyini, təhlilini yerləşdirə bilər. “APA Bloq” Azərbaycan, rus və ingilis dillərində məqalələrin, ekspert rəylərinin yayılması üçün yaradılmış platformadır. Platformadan istifadə edəcək şəxslər özləri barədə kiçik avtobioqrafik məlumatı, foto şəkillərini və məqalələrini “APA Bloq”a göndərə bilərlər. Məqalələr platformanın redaktorları tərəfindən rəy verildikdən sonra bloqda əksini tapacaq.

Son yazılar
Nuran Abdullayev
Tibbi ekspert

Nuran Abdullayev

Zaur Adıgözəlov
Fəlsəfə doktoru

Zaur Adıgözəlov