Milli maraqları satanlar

Milli maraqları satanlar

Tovuzdakı təxribatlar və ondan sonra dünyanın ayrı-ayrı ölkələrində azərbaycanlılara qarşı baş verənlər bizlər üçün bir çox məsələni tamamilə çılpaqlığı ilə açmış oldu. Daha dəqiqi desək, bu kimi ağır günlərdə bir çoxlarımız vətənin yanında olaraq ermənilərə qarşı bütün mümkün vasitələrlə mübarizə apardığımız zaman, bir qrup saxta müxalifətçi ermənilərə qarşı deyil, ermənilərin yanında yer aldılar. Xaricdəki “müxalif vətənpərvərlər” adı altında blogerliklə məşğul olanlar, ayrı-ayrı youtube kanallarının müəllifləri, hamısı eyni cəbhədə, ermənilərin yanında yer aldılar.

Görünür, özlərini azərbaycanlı adlandıran bu kəslər Azərbaycan və Ermənistan arasında informasiya müharibəsinin getdiyi bir dövrdə xarici dillərdə Azərbaycanla bağlı çirkab dolu yazılar yazaraq və çıxışlar edərək ermənilərin dəyirmanına su tökürlər.Siz Azərbaycanın dünənki Əliheydər Qarayevlərisiniz.Necə ki,1918-ci ildəRəsulzadə və digər liderlərimiz Azərbaycan dövlətçiliyini qurmağa çalışanda, Əliheydər Qarayev kimilər RK(b)P Bakı Komitəsinin üzvləri İ.İ.Anaşkin, L.İ.Mirzoyan, A.İ.Mikoyan və digərləri ilə dostluq edərək Azərbaycanın müstəqilliyinə qarşı çıxırdı. Siz isə, Marianna Koşkakaryan, David Saakyan, Geqam Saakyan, Serop Xaçatryan, Anuş Şahverdiyan, David Unanyan, Artak Kirakosyan, Ara Kazaryan, Narine Rştuni, David Stepanyan, Step Safaryan, Boris Navasardyan və bir çox “yan”larla dostluq və qardaşlıq edirsiniz.

Saxta vətənpərvərlər bu dəfə özlərini tamamilə rüsvay etdilər

İyulun ortasında ermənilərin Tovuz istiqamətində bir neçə gün ərzində atəşkəsi pozmaları, bunun ardınca dünyanın ayrı – ayrı ölkələrində erməni diasporunun üzvləri, hazırlıqlı mütəşəkkil bandqruplar tərəfindən həmyerlilərimizə hücumlar zamanı Avropa və Amerikadakı  həmin bu saxta vətənpərvər müxalifətçilərin etdikləri çağırışlar, ümumilikdə, davranışları bir daha onların əsl simalarını nümayiş etdirmiş oldu. Bu gün ermənilərin dünyanın ayrı - ayrı ölkələrində soydaşlarımıza qarşı təxribatları qarşısında erməniləri deyil, Bakını günahlandıran xaricdəki blogerlərimiz özlərini ifşa etmiş oldular. Artıq, dünənə kimi onların xaricdən maliyyələşmələrinə inanmayanlar da reallığı gözləri ilə görmüş oldular.

Məsələn, onlardan biri - Arif Məmmədov həmişəki çıxışlarından fərqli olaraq Tovuz təxribatından sonra dünənlərdə etdiyi videomüraciətini azərbaycanca deyil, rus dilində etdi. Sual olunur niyə?

Guya soydaşlarımızı təxribatdan uzaq olmağa çağıran keçmiş səfir Arif Məmmədov rus dilindəki videoçıxışı zamanı xaricdə azərbaycanlıların Qarabağ şüarları altında keçirdikləri piketləri və həmrəyliklərini pislədi. Ermənilərin həmyerlilərimizin üzərinə hücum edərək azərbaycanlılara qarşı fiziki zorakılıqlarında erməni diasporunu günahlandırmaq əvəzinə, Azərbaycan hakimiyyətini günahlandırdı.

Ermənilər üçün rus dilində Azərbaycana qarşı bundan yaxşı təbliğat ola bilər mi?
Rus dilində keçmiş səfirin dilindən ermənilərin döyülməsi və ümumilikdə xaricdəki soydaşlarımızın Qarabağ piketlərinin keçirilməsi pislənilir, bu hallar hakimiyyətin provokasiyası kimi qələmə verilir.

Digər blogerlər Sevinc Osmanqızı, Qurban Məmmədov və digərləri də xaricdə ermənilərin azərbaycanlılara hücumlarını erməni vandalizmi deyil, Azərbaycan hakimiyyətinin bir siyasəti kimi təqdim edirlər.

Sevinc Osmanqızı: “Təhlükə yoxdur, sivil mübarizə aparılmaqdadır, mən sizi inandırıram ki, heç erməni tərəfində belə bir niyyət yoxdur. Bu gün bu sivil mübarizəni pozan Azərbaycan tərəfidir. Rəsmi Bakıdır bu qarşıdurmanı təşkil edən”.

Arif Yunus iyulun 20-də Civilnet telekanalına müsahibə verdi və baş verənlərə görə, Azərbaycanı günahlandırdı.

Bu həmin Arif Yunusdur kı, özünü hüquq müdafiəçisi kimi təqdim edən bu kəs, “Azərbaycanda streotiplər və düşmən obrazı” məqaləsində görün nələri yazır.(http://www.publicdialogues.info/node/874) :

- “1918 ci ilin sentyabrında Bakıya daxil olan türk və Azərbaycanlı ordusu ən aşağısı 9 min ermənini öldürməklə qırğına (mart 1918 ili nəzərdə tutur) cavab vermiş oldular”.

- 20 yanvar hadisələrindən danışarkən.“Bununla bərabər, indiyədək və indiyə qədər də, Azərbaycan cəmiyyətində hələ 20 yanvar hadisələrinə bir həftə qalmış Bakıdakı ermənilərə qarşı törədilən qırğınlarla bağlı susmaqda davam edilir”.

- 1990-cı illərin ortaları. Azərbaycanda artıq 5-ci sinif dərsliklərində ermənilərin düşmən obrazında qələmə verildiklərindən bəhs edir. (Heydər Əliyevin hakimiyyətə gəlişindən sonrakı dövrdəki milli siyasəti nəzərdə tutur).“Böyüyən nəsil xalqının düşməninin kim olmasını bilməlidir. Məktəb proqramlarında ermənilərin ünvanına “bandit”, “aqressor”, “xain”, “riyakar” kimi epitetlərdən istifadə olunur”.

- “20 yanvar qurbanlarına memorial kompleks tarixi düşmən olan ermənilərlə mübarizə təbliğatında böyük rol oynamırdı. Erməni vəhşiliklərinin qurbanları üçün ayrıca abidəyə ehtiyac var idi. Prezident İlham Əliyev tərəfindən 2008-ci ilin 26 fevralında “Ana fəryadı” abidəsinin açılışı baş tutmuşdur”.

Paşinyan, ümumdünya erməni diasporası, Arif Yunus, Sevinc Osmanqızı, Arif Məmmədov, Qurban Məmmədov və digərləri eyni çıxışlar edərək təxribatlarda Azərbaycan hökumətini günahlandırdılar.

Beləliklə, son günlər baş verənlər artıq yuxarıda sadalanan “agentlərin” kim olmalarını tamamilə çılpaqlığı ilə üzə çıxarmış oldu.

Təsadüfdürmü? Nikol Paşinyan da ötən həftə bənzər çıxış etmişdi!

Ermənistan KİV-i, Rusiyada və Avropa ölkələrində erməni lobbisinə bağlı olan media orqanları eyni təbliğatı aparır: “Günahkar Azərbaycandır”.

Hücumları Azərbaycan təşkil edir”. Bu, Ermənistanın və erməni lobbisi/diasporunun irəli sürdüyü tezisdir.

Deməli, Sevimc Osmanqızı, Arif Məmmədov, Qurban Məmmədov və digərləri həm də eyni mərkəzdən əmr alaraq Azərbaycan hakimiyyətinə qarşı deyil, Azərbaycan dövlətinə qarşı mübarizə aparırlar.

Buradan belə anlamaq olar ki, Azərbaycana qarşı ermənilərin və onların havadarlarının cəbhədə və dünyanın ayrı – ayrı ölkələrində hərbi və informasiya təxribatlarının işə düşdüyü bir vaxtda həmin bu qruplar da anti-Azərbaycan mərkəzlərinin əmri əsasında Tovuz və post –Tovuz dövründə baş verənlərdə Azərbaycan hakimiyyətini günahlandırırlar. Bundan daha betər satqınlıq və xəyanət ola bilər mi?

Qeyd edim ki, Azərbaycana qarşı bu kimi satqın və xəyanətkar rəftarlar ilk deyil, hər il biz bu kimi faktlarla qarşılaşmaqdayıq.

Belə çıxır kı, Arif və Leyla Yunuslar, Cəmil Həsənlilər, Sevinc Osmanqızılar, Arif Məmmədovlar, Qurban Məmmədovlar, Orduxanlar və digərləri cızıqlarını çoxdan keçiblər. Onlar xarici kəşfiyyat orqanlarının, erməni fondlarının, və s. kimi donorların vasitəsiylə Azərbaycana qarşı təzyiq aləti kimi istifadə edilir və anti-Azərbaycan təbliğatının başında gedirlər. Tovuz hadisələri onların iç üzlərini daha da dərin şəkildə açmış oldu. Onların əsl hədəfi Azərbaycanda xalq ilə iqtidar arasında vətəndaş müharibəsini başlatmaq, hakimiyyəti tənqid etmək adı altında sadə vətəndaşları öz tərəflərinə çəkmək və dövləti zəiflətməkdir. Bu tələb isə, erməni və  bəlli xarici xüsusi xidmət orqanlarının sifarişləridir.

OXŞar BLOQLAR
Məqalə göndər

APA Bloq nədir?

APA İnformasiya Agentliyi ekspertlərə, ictimai şəxslərə, gənc mütəxəssislərə fikirlərini bölüşmək, rəylərini paylaşmaq üçün platforma təklif edir. Dünyanın tanınmış informasiya agentliklərinin trendi olan “Bloq” artıq APA-da da var. “APA Bloq”da hər bir tanınmış şəxs Azərbaycan qanunvericiliyini və beynəlxalq konvensiyaları inkar etməyən fikrini, rəyini, təhlilini yerləşdirə bilər. “APA Bloq” Azərbaycan, rus və ingilis dillərində məqalələrin, ekspert rəylərinin yayılması üçün yaradılmış platformadır. Platformadan istifadə edəcək şəxslər özləri barədə kiçik avtobioqrafik məlumatı, foto şəkillərini və məqalələrini “APA Bloq”a göndərə bilərlər. Məqalələr platformanın redaktorları tərəfindən rəy verildikdən sonra bloqda əksini tapacaq.

Son yazılar
Nuran Abdullayev
Tibbi ekspert

Nuran Abdullayev

Zaur Adıgözəlov
Fəlsəfə doktoru

Zaur Adıgözəlov