Pul formasında tutulan inzibati cərimə: məbləğ, ödənilmə qaydası və dəbbə pulu

Pul formasında tutulan inzibati cərimə: məbləğ, ödənilmə qaydası və dəbbə pulu

Bu yazımızda son günlər aktual hesab edilən inzibati cərimələr mövzusu barədə məlumat verməyə çalışacağıq.

İnzibati cərimə inzibati qaydada hüquq pozuntusu - inzibati xəta törətmiş şəxsin barəsində tətbiq edilir.

Cərimə pul, xətanın obyekti olmuş predmetin dəyəri, vurulmuş ziyanın miqdarı, ödənilməmiş vergi və digər ödənişlərin məbləği formasında olur.

Pul formasında cərimə aşağıdakı limitlərdə tutulur:

Fiziki şəxslər 5000 AZN-dək

Vəzifəli şəxslər 10 000 AZN-dək

Hüquqi şəxslər 50 000 AZN-dək

İnzibati cərimə barədə səlahiyyətli orqanın qərarı qəbul edildiyi gündən 30 gün, məhkəmənin qərarı isə qəbul edildiyi gündən 10 gün keçənədək icra edilməlidir.

18 yaşına çatmayana tətbiq edilən cəriməni onun valideyni yaxud qanuni nümayəndəsi ödəyir.

Cərimə yalnız nağdsız qaydada ödənilir.

Cərimə müəyyən edilmiş müddətdə ödənilmədikdə fiziki şəxslərin əmək haqqı və sair gəlirlərinə, hüquqi şəxslərin bank hesabı və sair hesablarına tutma yönəldilir. Kifayət qədər vəsait olmadıqda iş məcburi icraya göndərilir.

Yol hərəkəti qaydaları əleyhinə tətbiq edilən cərimə 30 gün müddətində ödənilməzsə, hər gecikdirilmiş gün üçün cərimə məbləğinin 1%-i həcmində dəbbə pulu ödəməlidir. Dəbbə pulu 2 aydan çox olmayan müddətə tətbiq edilir. Sonrakı müddət üçün nəqliyyat vasitəsinin saxlanması barədə qərar verilir.

Yol hərəkəti qaydaları və ətraf mühitin mühafizəsi əleyhinə olan işlər üzrə cərimə qərar qəbul olunduqdan dərhal sonra, yaxud 5 iş günü ərzində ödənilərsə, cərimə məbləğinə 10% güzəşt tətbiq edilir.

OXŞar BLOQLAR
Məqalə göndər

APA Bloq nədir?

APA İnformasiya Agentliyi ekspertlərə, ictimai şəxslərə, gənc mütəxəssislərə fikirlərini bölüşmək, rəylərini paylaşmaq üçün platforma təklif edir. Dünyanın tanınmış informasiya agentliklərinin trendi olan “Bloq” artıq APA-da da var. “APA Bloq”da hər bir tanınmış şəxs Azərbaycan qanunvericiliyini və beynəlxalq konvensiyaları inkar etməyən fikrini, rəyini, təhlilini yerləşdirə bilər. “APA Bloq” Azərbaycan, rus və ingilis dillərində məqalələrin, ekspert rəylərinin yayılması üçün yaradılmış platformadır. Platformadan istifadə edəcək şəxslər özləri barədə kiçik avtobioqrafik məlumatı, foto şəkillərini və məqalələrini “APA Bloq”a göndərə bilərlər. Məqalələr platformanın redaktorları tərəfindən rəy verildikdən sonra bloqda əksini tapacaq.

Son yazılar
Nuran Abdullayev
Tibbi ekspert

Nuran Abdullayev

Zaur Adıgözəlov
Fəlsəfə doktoru

Zaur Adıgözəlov