Allahverdi Bağırov

Allahverdi Bağırov

  • HR ekspert
  • 5 Məqalə

Allahverdi Bağırov. Orta məktəbi ABŞ - da bitirdikdən sonra, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində bakalavr dərəcəsini və Azərbaycan Dövlət İqtisad Universitetinin MBA dərəcəsini alıb. İnsan resursları sahəsində 12 ildən artıq iş təcrübəsinə malikdir. Həmçinin, İngiltərə və Birləşmiş Ərəb Əmirliklərində bir çox yükək səviyyəli kursların və təlimlərin iştirakçısı olub. ABŞ-ın İnsan Resurslarının sertifikatlaşdırılması İnstitutunun (HRCI) ən yüksək kvalifikasiyası olan SPHR ( Yüksək Səviyyəli İnsan Resursları Peşəkarı) kvalifikasiyasını əldə edib. Müxtəlif üniversitetlərin MBA proqramlarında İnsan Resurslarının İdarəedilməsi və Təşkilatı Davranış mövzularında tədris verib. Hazırda “Gilan Holdinq”in İnsan Resursları Departamentinin Direktoru vəzifəsində çalışır.

MƏQALƏLƏRİ
Məqalə göndər

APA Bloq nədir?

APA İnformasiya Agentliyi ekspertlərə, ictimai şəxslərə, gənc mütəxəssislərə fikirlərini bölüşmək, rəylərini paylaşmaq üçün platforma təklif edir. Dünyanın tanınmış informasiya agentliklərinin trendi olan “Bloq” artıq APA-da da var. “APA Bloq”da hər bir tanınmış şəxs Azərbaycan qanunvericiliyini və beynəlxalq konvensiyaları inkar etməyən fikrini, rəyini, təhlilini yerləşdirə bilər. “APA Bloq” Azərbaycan, rus və ingilis dillərində məqalələrin, ekspert rəylərinin yayılması üçün yaradılmış platformadır. Platformadan istifadə edəcək şəxslər özləri barədə kiçik avtobioqrafik məlumatı, foto şəkillərini və məqalələrini “APA Bloq”a göndərə bilərlər. Məqalələr platformanın redaktorları tərəfindən rəy verildikdən sonra bloqda əksini tapacaq.