Çingiz Qənizadə

Çingiz Qənizadə

  • Hüquq müdafiəçisi
  • 1 Məqalə

Çingiz Qənizadə. 1957-ci ildə anadan olub. 1964-1974-cü illərdə Ağdaş şəhər Səməd Vurğun adına 1 saylı orta məktəbdə təhsil alıb. Orta məktəbi fərqlənmə ilə bitirdikdən sonra 1975-1977-ci illərdə hərbi xidmətdə olub. 1978-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olub, 1984-cü ildə BDU-nun Hüquq fakültəsini bitirərək hüquqşünas ixtisasına yiyələnib. 1989-1990-cı illər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində şöbə rəisinin müavini, 1990-1992-ci illərdə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü, 1992-1993-cü illərdə Bakı şəhər prokuroru vəzifələrində çalışıb. 1995-ci ildən Demokratiya və İnsan Hüquqları Komitəsinin sədridir. İki çağırış Milli Məclisin deputatı olub. Hüquq üzrə fəlsəfə doktoru, hüquq müdafiəçisidir.

MƏQALƏLƏRİ
Məqalə göndər

APA Bloq nədir?

APA İnformasiya Agentliyi ekspertlərə, ictimai şəxslərə, gənc mütəxəssislərə fikirlərini bölüşmək, rəylərini paylaşmaq üçün platforma təklif edir. Dünyanın tanınmış informasiya agentliklərinin trendi olan “Bloq” artıq APA-da da var. “APA Bloq”da hər bir tanınmış şəxs Azərbaycan qanunvericiliyini və beynəlxalq konvensiyaları inkar etməyən fikrini, rəyini, təhlilini yerləşdirə bilər. “APA Bloq” Azərbaycan, rus və ingilis dillərində məqalələrin, ekspert rəylərinin yayılması üçün yaradılmış platformadır. Platformadan istifadə edəcək şəxslər özləri barədə kiçik avtobioqrafik məlumatı, foto şəkillərini və məqalələrini “APA Bloq”a göndərə bilərlər. Məqalələr platformanın redaktorları tərəfindən rəy verildikdən sonra bloqda əksini tapacaq.