ANAMA-nın direktoru: "Bərdəyə atılan raketin dinc əhaliyə qarşı istifadəsi qadağandır"

ANAMA-nın direktoru: "Bərdəyə atılan raketin dinc əhaliyə qarşı istifadəsi qadağandır"
  • Clock-gray 12:13
  • calendar-gray 29 Oktyabr 2020

"Bərdəyə "Smerç” tipli raket atılıb. Burada dinc əhali hədəfə alınıb”.

APA-nın məlumatına görə, bunu Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) direktoru Qəzənfər Əhmədov ermənilərin dünən Bərdə şəhərinə endirdiyi raket zərbələrindən dağılmış ərazilərə diplomatik korpusun nümayəndələri ilə birgə baş çəkən zaman yerli və xarici mətbuata açıqlamasında deyib.

O bildirib ki, hər raketin içərisində 72 ədəd bombacıq olur: “Biz iki ədəd raketin qalıqlarını tapmışıq. Bu raketlərin Beynəlxalq Konvensiyalara görə, dinc əhaliyə qarşı istifadəsi qadağandır. Ermənilər bundan əvvəl də bu tipli raketləri Goranboy və Ağcabədiyə atıb. Görünən odur ki, düşmən dinc əhalini hədəfə alıb”.

 

Səlcuq Elçin

Digər xəbərlər