ANAMA-nın direktoru: "Sentyabrın 27-dən bu günədək Ermənistan Azərbaycan ərazisinə 13 ədəd ballistik “SCUD” raketləri atıb"

ANAMA-nın direktoru: "Sentyabrın 27-dən bu günədək Ermənistan Azərbaycan ərazisinə 13 ədəd ballistik “SCUD” raketləri atıb"
  • Clock-gray 15:28
  • calendar-gray 29 Oktyabr 2020

Sentyabrın 27-dən bu günə qədər Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan ərazisinə 13 ədəd ballistik “SCUD” raketləri atılıb.

APA-nın məlumatına görə, bunu Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) direktoru Qəzənfər Əhmədov deyib.

Onun sözlərinə görə, həmin raketlərdən 2-si Gəncə, 1-i Mingəçevir, 1-i Qəbələ, 1-i Kürdəmir ərazisinə düşüb: “Bundan başqa Füzuli rayonu ərazisində 1 ədəd partlamamış Toçka-U raketi aşkarlanıb”.

Firuzə Vahid

Digər xəbərlər