Erməni təxribatı nəticəsində 63 mülki şəxs həlak olub, 292 nəfər yaralanıb

Erməni təxribatı nəticəsində 63 mülki şəxs həlak olub, 292 nəfər yaralanıb
  • Clock-gray 11:16
  • calendar-gray 21 Oktyabr 2020

Erməni təxribatı nəticəsində ölən və yaralanan Azərbaycanın mülki vətəndaşlarının sayı açıqlanıb.

Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, sentyabrın 27-dən hazırkı vaxtadək ermənilərin yaşayış məntəqələrini atəşə tutması nəticəsində 63 mülki şəxs həlak olub, 292 nəfər yaralanıb.

Bundan başqa, 386 mülki obyekt, 90 hündürmərtəbəli yaşayış binası və 1981 yaşayış evi yarasız hala düşüb.

Səlcuq Elçin

Digər xəbərlər