Ermənistan Ordusunun raket və artilleriya hücumları nəticəsində Gəncədə 10-u qadın, 6-sı uşaq olmaqla 26 nəfər həlak olub

Ermənistan Ordusunun raket və artilleriya hücumları nəticəsində Gəncədə 10-u qadın, 6-sı uşaq olmaqla 26 nəfər həlak olub
  • Clock-gray 17:27
  • calendar-gray 24 Oktyabr 2020

04, 11 və 17 oktyabr tarixlərində raket və ağır artilleriya hücumları nəticəsində Gəncə şəhərində 10-u qadın, 6-sı uşaq olmaqla 26 nəfər həlak olub.

Baş Prokurorluqdan APA-ya verilən məlumata görə, hadisə zamanı 138 nəfər yaralanıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

Hazırki vaxtadək erməni təxribatları nəticəsində 18-i qadın, 10-u uşaq olmaqla 65 nəfər həlak olub.

Səlcuq Elçin

Digər xəbərlər